Page 114 - jirmunski
P. 114
tor Jirmunski

8
Cәnubi slavyan xalqlarının elçilik nәğmәlәrindәn fәrqli ola-
raq, Ziqfrid-elçi haqqında dastan öz mәnşәyinә görә adaxlı ilә
onun istәklisi arasında baş verәn nikah qarşılaşmasının daha ar-
xaik motivini ehtiva edir. Qәhrәman elçiliyinin bu variantı Şәrq
vә Qәrb xalqlarının nağıl vә qәhrәmanlıq eposlarında geniş ya-
yılmış (bax: sәh. 29) bahadır qız obrazı ilә bağlıdır. Bura qәdim
yunan amazonkaları, döyüşkәn qızlar (Schildmaid) vә german
eposunun yarımilahi valkiriyaları, qәdim irland saqalarında, Fir-
dovsinin “Şahnamә”sindә vә “Sasunlu David”dә, әrәb nağılla-
rında (“Min bir gecә”), türk vә monqol eposunda (qırğızlarda
“Manas”, qaraqalpaqlarda “Qırx qız”, qәdim oğuzlarda “Kitabi-
Dәdә Qorqud” vә s.) tәsvir olunan döyüşkәn qәhrәman qızlar da-
xildir; rus dastanlarının “cәsur pәhlәvan qızları”ı da bu sıraya aid
edilmәlidir. Bu dastanlar o qәdәr universal yayılmaya vә avtox-
ton xarakterә (әsasәn dә, daha qәdim versiyalarda) malikdir ki,
onları alman alimlәrinin116 ardınca Şәrqdәn olan әdәbi idxal kimi
qәbul etmәk doğru olmazdı. Döyüşkәn qız motivinin böyük coğ-
rafiyada yayılması vә onun qәdim mәnşәyi, әlbәttә ki, sonrakı
qaşılıqlı әdәbi әlaqәlәrin olmasını istisna etmir: belә ki, aşiqanә-
qәhrәmanlıq üslubunun daha sonrakı fransız vә fransız-italyan
poemalarında, hәmçinin dә onlara әsaslanan Renessans dövrünün
italyan eposlarında (Pulçi, Boyardo, Ariosto), adәtәn, sarasin
olan döyüşkәn gözәl qız sırf әdәbi xarakterin özünәmәxsus dәbli
mövzusuna çevrilir.
Güman etmәk olar ki, amazonkalar haqqında dastanlar özünün
daha qәdim formalarında matriarxal dövrünün mәişәt münasi-
bәtlәrinә gedib çıxır.117 Lakin antik dövr vә orta әsr yazıçılarının
çoxsaylı tarixi, yarıtarixi vә әfsanәvi dәlillәri belә demәyә әsas
verir ki, kelt, german, slavyan, Şәrqdә isә türk, monqol vә Qaf-
qaz xalqlarında, patriarxal-qәbilә münasibәtlәri dövründәn baş-
layaraq, ta barbarlığın әn yüsәk mәrhәlәsinә kimi, hәtta inkişaf
etmәkdә olan feodalizm dövründә belә, ailә vә cәmiyyәtdә qadı-
nın nisbәtәn müstәqil durumunun qalıqları saxlanırdı. Bu, qadı-

114
   109   110   111   112   113   114   115   116   117   118   119