Page 112 - jirmunski
P. 112
tor Jirmunski
Sekula (yenә orada, № 145), Volko (Bessonov, № V), kral Mi-
sirski (Kaçanovski, № 119) vә b. adaxlı rolunda çıxış edirlәr.
Bu nәğmәlәrin mәzmunu әsas xüsusiyyәtlәriylә aşağıdakı
kimidir. Qәhrәman yadelli kralın (çox vaxt “katolik”) qızına elçi
göndәrir. Kral razılıq verir vә gәlәcәk kürәkәninә nişanlısının
dalınca gәlmәyi tәklif edir, ancaq özü ilә bu vә ya digәr adlı-sanlı
yunakları gәtirmәmәsini buyurur, guya ona görә ki, onlar әyyaş
vә dәlәduzdurlar. Eyni zamanda kralın arvadı adaxlıya gizli mәk-
tub yazır ki, o, özü ilә çox sayda elçi, hәmçinin nәhәng pәhlә-
vanlar gәtirsin. Adaxlı bu mәslәhәtә qulaq asıb böyük toy karva-
nı ilә yola çıxır (1000 elçi ilә). Çox vaxt bu dәstәyә әn mәşhur
serb yunakları daxil olur ki, onların da adı özünәmәxsus qәhrә-
manlar kataloqunda sadalanır: mәsәlәn, “Yuri Semederevitsin
evlәnmәsi”ndә xaç atası – Debeliç Novak, onun oğlu Qruya No-
vakoviç, böyük elçi – Yanko Sabinyanin, qaynı – Marko Krale-
viç, “çauş” Relya Krılatı, voyevoda – Miloş Obiliç, “baryaktar”
(bayraqdar) – Milan Toplisa, “privenes” (sağdiş) – İvan Kosan-
çiç. Qonaqlar gәlәndә şәhәr darvazasından içәri buraxmayıb on-
lara yarışlar tәklif edirlәr. Adәtәn bu yarışlar aşağıdakılardan
ibarәt olur: rәqib bahadırı (vә ya bahadırları) mәğlub etmә; yan-
yana dayanmış bir neçә atın yәhәrinә ucu yuxarı bağlanmış nizә-
lәrin üstündәn atlanmaq; qüllәyә bәrkidilmiş almanı (vә ya
üzüyü) oxla vurmaq; qızı onun bir neçә rәfiqәsi arasında tanı-
maq. Bolqar nәğmәlәrindә adaxlı әjdahanın qoruduğu dәnizi ke-
çәrәk qızıl alma gәtirmәyә göndәrilir (sehrli nağıldan alınma
motiv). Bu tapşırıqları adaxlı yox, onun elçilәrindәn biri vә ya
növbә ilә bir neçәsi yerinә yetirir. Bundan sonra qonaqlar gәlini
aparır. Bәzi nәğmәlәrdә bu, qanlı döyüşlәrlә vә onların arxasınca
göndәrilmiş düşmәn dәstәsinin tәqibi ilә müşayiәt olunur. Vuka
Karadjiçin toplusunun әn yaxşı nәğmәlәrindәn olan “Duşanın
evlәnmәsi” öz fәrdi xüsusiyyәtlәri ilә seçilir (II, № 28). Burada
tәsvir olunan elçilik mәrasimindә kömәkçi rolunda çarın qardaşı
oğlu, Voynoviç qardaşlarının kiçiyi Miloş çoban olur; o, çoban
libasında elçi karvanına qoşulur vә belәcә, tanınmadan elçilik
yarışlarında hamıya qalib gәlir.
112