Page 126 - jirmunski
P. 126
tor Jirmunski

Rus eposunda yalnız bir bılinada belә qәdim nağıl motivlәri-
nin bütöv bir sistemi mövcuddur. Bu motivlәrin süjet inkişafı da-
xilәn o qәdәr ardıcıldır ki, rus bılinalarının әn qәdimi olan “Volx
Vseslavyeviç” bizә bütövlükdә qәhrәmanlaşdırılmış bahadırlıq
nağılı tәsiri bağışlayır. Bılinanın süjetindә hәr hansı bir müәyyәn
tarixi mәzmunun olmamasına baxmayaraq, tәdqiqatçılar artıq
çoxdan onun qәhrәmanını Polotsk udel knyazı, İzyaslav Vladi-
miroviçin nәvәsi, ataları kimi, Yaroslav Mudrının nәsli ilә Nov-
qorod vә Kiyev uğrunda mübarizә aparan sehrbaz knyaz Vseslav
Bryaçislavoviçlә müqayisә edirlәr. R.O.Yakobson154 “Ötәn za-
manların povesti” vә “İqor polku haqqnda dastan”da yer almış
bu mәqamları slavyan xalqlarının geniş folklor materiallarından
istifadә edib bılina ilә qarşılaşdıraraq onun inandırıcı izahını ver-
mişdir. Salnamәyә әsasәn, “anasının cadugәrliklә dünyaya gәtir-
diyi” knyaz Vseslav son gününәdәk cadugәrlәrin istәyiylә başın-
da anadangәlmә iri yara gәzdirir. R.O.Yakobsonun izah etdiyi ki-
mi, slavyan xalqlarının inanclarına görә, “köynәk”dә, yaxud “lә-
çәk”dә doğulan körpә gәlәcәyi görәn, heyvan, әsasәn dә qurd
cildinә girmәyi bacaran (Polotsk knyazı haqqında “Dastan”da
deyilir: “gecәlәr qurd kimi dolaşırdı”), insanlara qarşı qurdsaya-
ğı qәddar (salnamәdә: “qana susamış”) adam kimi qәbul edilir-
di.155

Bılinaya әsasәn (Kirşa Danilov, № 6; Qilferdinq, II, № 91 vә b.),
sehrbaz knyaz vә qulyabanı Volx Vseslavyeviç möcüzәli şәkildә
“vәhşi ilan” (bahadır-әjdaha oğlu – bax: s.98) ilә gәnc şahzadә
xanımın izdivacından doğulmuşdu. Onun doğulması qorxunc
әlamәtlәrlә müşayiәt olunur: “yer titrәdi, şanlı Hind sәltәnәti sil-
kәlәndi” (qәhrәman sonradan bu şahlığı dağıdacaq). Tipoloji pa-
ralelliyi göstәrәk: qırğız epopeyası “Manas”da sehrbaz bahadır
Almambetin doğuluşu da belә әlamәtlәrlә müşayiәt olunur –
qorxunc leysan, daşqın, zәlzәlә olur, qәdim Bәycindә sonradan
Almambeti yerlә-yeksan edәcәyi bütxanalar dağılır. Dastanda
yeni doğulmuş körpәnin sehrli taleyinin әlamәti kimi “yara”dan
söz açılmır. Bahadır körpә imkan vermir ki, onu bәlәsinlәr (er-
mәni eposu “Sasunlu David”dәki Mqer vә ya islandların “Karl-
magnus-saga” әsәrindәki körpә Roland kimi), yarım saatdan

126
   121   122   123   124   125   126   127   128   129   130   131