Page 139 - jirmunski
P. 139
Xalq qəhrəmanlıq eposu
Qleyhen haqqında yarıtarixi türingen әfsanәsindә (1227) deyilir
ki, qәhrәman mavrların әsirliyindәn ona aşiq olan sarasin gözә-
linin kömәyi ilә qaçır, gözәli öz vәtәninә gәtirir vә qızı onun bi-
rinci xristian arvadı çox mehriban qarşılayır.192 Bu faktların әsa-
sında müәyyәn tarixi dövr üçün sәciyyәvi olan analoji bәdii ob-
razlar vә tәsәvvürlәr dә intişar tapa bilәrdi. Yeri gәlmişkәn, bu
mövzunun, görünür, orta әsr әnәnәsindәn asılı olmayaraq, ro-
mantizm dövründә yenidәn dirçәldilmәsi dә buna dәlalәt edir:
Bayronun “Dәniz qulduru”, Puşkinin “Qafqaz әsiri”, Şatobria-
nın, Ksavye de Mestrin vә başqalarının әsәrlәri nәzәrdә tutulur.
Burada әsas ideoloji vә bәdii motiv kimi müasir fәrdiyyәtçi qәh-
rәman-avropalı vә hәmin qәhrәmanı xilas edәn sadәlövh “yerli”
qızın obrazında tәcәssüm etdirilmiş “sivilizasiya” vә “tәbiәt”in
qarşılaşdırılması götürülür: ekzotik şәraitә uyğunlaşdırılmış Qret-
hen vә ya bәdbәxt Liza faciә variantları. Eposda analoji motivlә-
rin yayılması eposun daha sonrakı inkişaf pillәsi üçün heç dә az
әlamәtdar deyil. Burada döyüş ideallarının sәrt qәhrәmanlıq pa-
fosu öz yerini mәhәbbәt romantikasına vә cәngavәrlik macәrala-
rının nağıl fantastikasına vermәyә başlayır.
Әlbәttә, belә ümumi şәrtlәrin olması bir sıra hallarda bu dәb-
dә olan süjetlәrin bir mәnbәdәn yayılmasının (“Alpamış”la bağlı
olan bir qrup әsәrlәrdә vә ya “Lanselot” haqqında romanda vә ya
XIX әsrin әvvәllәrindә “bayronik poemalarda” olduğu kimi)
mümkünlüyünü heç dә istisna etmir. Ancaq belә qarşılıqlı әdәbi
әlaqәlәrin (tәsirlәrin) mövcudluğu faktı yalnız xalqlar arasında
kifayәt qәdәr sıx mәdәni әlaqәlәrin olması vә analoji süjetlәrin
ayrı-ayrı detallarının oxşar şәkildә işlәnmәsi şәrtlәriylә müәyyәn
edilә bilәr. Bu, xüsusilә Marko vә әrәb kralının qızı haqqında
nәğmәyә dә aiddir. Bu nәğmә ilә Xalanskinin qeyd etdiyi Dige-
nis silsilәsindәn olan yeni yunan nәğmәsi arasında kifayәt qәdәr
yaxın paralellәr vardır (әsirlikdәn әmir Aploravdın qızı tәrәfin-
dәn azad edilmiş Antioxun oğlu onu yarıyolda atır, Marko öz xi-
laskarını atdığı kimi).193 Banaşeviçin göstәrdiyi qәdim fransız
nümunәlәrindә bütün detalları ilә üst-üstә düşәn oxşarlıq müşa-
hidә edilmir.
139