Page 143 - jirmunski
P. 143
Xalq qəhrəmanlıq eposu
haqqında romandakı knyaz Qvidonun xain arvadı Meretrısa Qvi-
donovanın hiylәsi ilә Dodon tәrәfindәn öldürülmәsi epizoduna
oxşar olduğunu da qeyd edirlәr: Meretrısa da mәktubla Dodonu
xәbәrdar edir vә Qvidonu ova silahsız, çox az sayda adamlarla
göndәrir ki, o, asanlıqla rәqibinin qurbanı olsun.201
Şübhә doğurmayan bu oxşarlıq genetikdir, yoxsa tipoloji?
Bu sual öz xarakterinә görә burada genetik әlaqәlәrin olduğunu
iddia etmәyәn materialın mövcudluğu ilә izah olunur.
“Xanım fon Veyssenburq” (“Die Frau von Weissenburg”)
adlı qәdim alman xalq balladası vardır.202 Burada yerli (türingen)
rәvayәtә vә yәqin ki, tarixi faktlara әsaslanan arvad xәyanәti vә
ov zamanı sui-qәsd süjeti özünә yer almışdır. Bu ballada Almani-
yanın müxtәlif әyalәtlәrindәn olan bir çox yeni qeydlәrdәn, elәcә
dә XVI әsr qәdim çap mәtnlәrindәn bizә mәlumdur.203 Onun
mәzmunu aşağıdakı kimidir.
Xanım fon Veyssenburq öz mәşuqu Lüdviqә mәktub göndә-
rib onu tәcili yanına çağırır: әri ovdadır. Lüdviq meşәdә cökә
ağacının altında cәnab fon Veyssenburqla rastlaşır vә öz qulluq-
çusuna әmr edir ki, ona tüfәngdәn atәş açsın, amma qulluqçu
günahsız adama atәş açmaqdan imtina edir. Belә olduqda Lüdviq
özü pfaltsqraf Fridrixi (onun adı burada ilk dәfә çәkilir) öldürür.
Qәsrә qayıdanda xanım pәncәrәdәn baxıb әrinin, doğrudan da,
öldürüldüyünә әmin olmaq istәyir. Lüdviq ona qanlı qılıncını
göstәrir. Qadın saçını yolmağa, dizlәrinә döymәyә başlayır, son-
ra isә Lüdviqә üzük uzadır ki, әri öldükdәn sonra onu tәk qoyma-
sın. Bәzi variantlarda Lüdviq üzüyü ona qaytarır vә xәyanәtkarı
tәrk edir.
Saksoniyalı pfaltsqraf Fridrix – “cәnab fon Veyssenburq”un
(Herr zu der Weyssenburgk) öldürülmәsi haqqında tarixi mәlu-
matlar Qosek benedikt monastırının 1150-ci illәrә aid latın xro-
nikasında saxlanır. Sui-qәsd 5 fevral 1085-ci ildә ov vaxtı baş
vermişdir. Salnamәyә әsasәn, qatillәr markqraf Türingenli Lüdvi-
qin (Ludwig der Springer) vassalları idi vә burada onların ad-
soyadları da qeyd edilir. Salnamәçi bir qәdәr ehtiyatla vә çox
mәnalı şәkildә qeyd edir ki, qatillәr heç bir cәza almamışlar.
143