Page 146 - jirmunski
P. 146
tor Jirmunski

voyevoda Momçilin tarixdәn romana doğru tәkamül edәn faciә-
sini xatırladır. Segililәrin mәktublaşması (b variantı), öz әrini
tәrk-silah edәrәk (onun istәkli atını sıradan çıxararaq) düşmәn
әlinә verәn xәyanәtkar arvad, nәhayәt, hәr iki variantda eyni
olan şaqqalama – xәyanәtkarı yaxalayan cәza (b variantı) vә hәt-
ta qadını yoldan çıxaranın ağır sözlәriylә bu cәzanın әsaslandırıl-
ması (müq. et: Vuk, II, № 24, s.289–291: “Sәn ki belә tayı-bәra-
bәri olmayan yunakı satdın, sabah mәnә dә xәyanәt edә bilәr-
sәn!”) üst-üstә düşür.

Döyüşdә baş verәn qәtl hadisәsi (a variantı) daha sonrakı va-
riantda (b variantı) at su içәrkәn baş verir (Vukaşinin ölümü haq-
qında serb rәvayәtindә olduğu kimi); gördüyümüz kimi, feodal
cәmiyyәtinin mәişәtinә vә adәtlәrinә uyğun olaraq, ov zamanı
sui-qәsd belә hallarda daha sadә formuldur.

Gürcü xalq rәvayәtinin “Nibelunqlar”ın alman versiyasında-
kı Ziqfridin öldürülmәsi haqqında rәvayәtlә dә oxşar cәhәtlәri
var. Burada da Ziqfridin arvadı Krimhilda әrinin zәif yerini onun
düşmәni Hagenә nişan verir. Maraqlıdır ki, su içәrkәn sui-qәsdin
baş vermәsi epizoduna “Nibelunqlar”dakı bulaq başında qәtl ha-
disәsi dә uyğun gәlir vә Hagen dә Ziqfriddә yanğı yaratmaq
mәqsәdilә oxşar vasitәyә әl atır: şәrabı bahadırların ovdan sonra
dayanıb dincәldiyi yerә aparmağı “unudur”; şimali alman mәn-
bәlәrinә әsaslanan “Tidrek haqqında saqa” variantında Hagen,
çar Vaxtanqın arvadı kimi, yemәyi çox duzlu etmәyi әmr edir,
sonra isә Ziqfridә onunla meşәdәki bulağa getmәyi tәklif edir vә
orada Ziqfrid әyilib su içәndә nizә ilә onu vurur.

Şübhәsiz ki, XIII әsr Norveç saqasındakı Ziqfridin öldürülmә-
si haqqında dastanın bu şimali alman variantı belә әlamәtdar de-
talların üst-üstә düşmәsinә baxmayaraq, gürcü şifahi xalq rәva-
yәti ilә genetik baxımdan әlaqәli ola bilmәz: hәr iki halda biz
müxtәlif vaxtlarda vә bir-birindәn asılı olmayaraq yaranmış qә-
dim rәvayәtlәrin sonrakı şaxәlәnmәsini vә yenidәn işlәnmiş vari-
antını görürük. Elәcә dә voyevoda Momçila vә Vaxtanq Qorqo-
sali haqqında dastanlar bir-biriylә bağlı deyil, bunlar tarixi fakt-
ların vә bu faktlar haqqında xalq dastanlarının aşiqanә-qәhrә-

146
   141   142   143   144   145   146   147   148   149   150   151