Page 145 - jirmunski
P. 145
Xalq qəhrəmanlıq eposu

çar qoltuğunun altında deşiyi olan zirehli paltar geyibmiş. Onun
yaxınlarından biri bu haqda düşmәnә xәbәr verir vә nәticәdә
Vaxtanq hәlak olur. Müasir gürcü folklorunda Vaxtanq arvadının
xәyanәtinin qurbanına çevrilir: onun arvadı әrinin zәif yerinin
sirrini böyük ordu ilә Kaxetә hücum etmiş müsәlman padşahına
xәbәr verir. O, şahın onunla evlәnәcәyi tәdqirdә, ona öz kömәyi-
ni vәd edir. O deyir ki, gecә çarın atına çoxlu duz yedirәcәyәm,
gündüz İora çayını keçәndә bәrk susamış at yanğısını söndürmәk
istәyәcәk, acgözlüklә su içmәyә başlayacaq vә bu zaman әri
yüyәni yuxarı dartacaq, qoy onda çayın o biri sahilindә pusquda
duran adamlar onu oxla qoltuğunun altından vursunlar. Çariça
razılaşdıqları kimi edir vә ertәsi gün qoltuğundan yaralanmış әri-
ni qalaya gәtirirlәr. Onu başqa yolla öldürә bilmәzdilәr, çünki o,
tәpәdәn-dırnağa polad zireh geyinmişdi. İki gündәn sonra hәşә-
mәtli çar ölür vә ölkә yasa batır. Yadelli çar isә çariçanı qovur.
“Sәn belә qәhrәmanı, hәşәmәtli әri dәyәrlәndirmәdinsә, mәnә
necә qiymәt verәcәksәn!” deyir vә onu Qorqasalinin atının quy-
ruğuna bağlamağı әmr edir; belәliklә, o xәyanәtkar qadın parça-
parça olur” (a variantı).206

Digәr variantda (b) isә Vaxtanqın düşmәni rolunda özünün
incik saldığı bir osetin knyazı, onun “qan düşmәni” çıxış edir. O,
Vaxtanqın arvadını çoxdan tanıyırmış: “Onlar qonşu idilәr vә
hәtta bir-birlәrini sevirdilәr, ancaq qovuşa bilmәzdilәr, çünki
qüdrәtli gürcü çarı Vaxtanq onu özünә arvad etmişdi”. Knyaz ça-
riçaya qala pәncәrәsindәn atılmış oxla mәktub yollayır; o da hә-
min yolla razı olduğunu bildirir vә sonrakı planları haqqında mә-
lumat verir. Rәvayәtin sonrakı gedişatı üst-üstә düşür.

Gürcü tarixi rәvayәtindә әn qәdim motiv, bizә mәlum olan
qәhrәmanın şәrti zәifliyi motividir (bax: s.20); düşmәn onun sir-
rini xәyanәtkar vasitәsilә öyrәnir. Real tarixi süjetin tәdricәn uy-
durulmuş roman süjeti ilә әvәzlәnmәsi dә xarakterikdir; burada
әsas rol xәyanәtkar arvad obrazına verilir; b variantında tarixi
fon – milli düşmәnlә savaş tamamilә yox olur, sui-qәsdin sәbәbi
kimi mәhәbbәt macәrası götürülür. Bu, forma baxımından daha
sonrakı gürcü xalq rәvayәti, daha çox cәnubi slavyan eposunda

145
   140   141   142   143   144   145   146   147   148   149   150