Page 138 - jirmunski
P. 138
tor Jirmunski

mır. Qeyd olunan versiyaların bir-biriylә müqayisәsi bizi belә
düşünmәyә vadar edir ki, aşiq olmuş gözәl motivi bu süjetә IX–XI
әsrlәrdәn gec olmayaraq, Orta Asiya versiyalarının Altay vari-
antlarından tamamilә ayrılması zamanı daxil olmuşdur (bax:
s.212).

Özbәk eposunda “Alpamış”la onun oğluna hәsr olunmuş
“Yadqar” poeması bir-biriylә әlaqәlidir. Genealoji dövrlәşdirmә
prinsipinә uyğun olaraq, әsas eposa birlәşәn bu poemada atanın
epik şücaәtlәri, o cümlәdәn dә әsirdüşmә vә qәhrәmanın yadelli
gözәl tәrәfindәn xilas edilmәsi motivi kiçik qәhrәmanın üzәrinә
köçürülür. Digәr tәrәfdәn, “Alpamış”ın süjetindәn “Yusif vә Әh-
mәd” xarәzm-türkmәn savaş hekayәtindә (XVI-XVII әsrlәr) vә
“Canış vә Bayış” qırğız poemasında istifadә olunmuşdur. Hәr iki
әsәrdә, “Alpamış”da olduğu kimi, ikinci hissәdә qәhrәmanın yad
torpaqda uzun sürәn әsirliyi, onun gözlәnilmәdәn vә tanınmadan
rәqibi yalançı ilә arvadının toy mәrasiminә gәlmәsi haqqında he-
kayәt yer almışdır (“әr öz arvadının toyunda” süjeti). “Yusif vә
Әhmәd”dә qәhrәmanları zindan gözәtçisinin qızı Qaragöz, “Yad-
qar”da bağban qızı, “Canış vә Bayış”da isә qardaşları әsir edәn
Çin xanının Bayışa aşiq olan qızı azad edir. Hәr üç әsәr dinlәyi-
cilәrin xoşuna gәlmiş digәr bir sıra motivlәrlә yanaşı, roman mo-
tivini, son olaraq “Alpamış”dan alınma motivi mәnimsәmişdir.

Ayrıca götürsәk, oxşar epizoda “Koblandı-batır” qazax das-
tanında da rast gәlinir (yәqin ki, XIV–XV әsrlәrә aiddir). Qara-
qıpçaq Koblandı vә onun döyüş yoldaşı Karaman kalmık xanı
Kobıktıya әsir düşür. Kobıktının qızı, gözәl Karlıqa Koblandıya
aşiq olur, bahadırlara әsirlikdәn qaçmaqda kömәk edir, onların
tәrәfindә kalmıklara qarşı vuruşur, atasının zirehli geyimindәki
zәif yeri Koblandıya göstәrir vә Koblandı onu tәqib edәn düşmә-
ni özünün bahadır oxu ilә vurur.191

Göstәrilәn Şәrq vә Qәrb nümunәlәrinin (onların sayını artır-
maq da olar) oxşarlığı bunların bu vә ya digәr tәrәfdәn alınma
olduğunu fәrz etmәyә әsas vermir. Bu süjetlәrin oxşarlığı gene-
tik yox, tipolojidir. Bunların әsasını hәm dә gerçәk mәişәt faktla-
rının poetik idealizasiyası tәşkil edә bilәrdi; qraf Lüdviq fon

138
   133   134   135   136   137   138   139   140   141   142   143