Page 90 - jirmunski
P. 90
tor Jirmunski

larının epik yaradıcılığından bәhrәlәnmәyi bacarmışlar. Belә ki,
onların üçcildlik tәdqiqat әsәrinin son iki cildi bu mәsәlәyә hәsr
olunmuşdur.34

Çadvikovların kitabının nöqsanı “qәhrәmanlıq әsri” (heroic
age)35 anlayışının sosioloji qeyri-sәhihliyidir. Bu anlayış ilә eyni
müstәvidә müxtәlif mәrhәlәli, ona görә dә cürbәcür vә tarixәn
ziddiyyәtli hadisәlәr birlәşir: polineziyalıların mәdәni qәhrәman
haqqında әsatirlәri, Sibirin türk xalqlarının bahadırlıq nağılları,
varvarlığın yüksәk mәrhәlәsindә, patriarxal-qәbilә quruluşunun
dağılması vә sinfi cәmiyyәtin yaranması dövrünә aid antik, qә-
dim german vә kelt qәhrәmanlıq eposları, elәcә dә, әsasәn, feo-
dal dövründә yaranan rus vә cәnubi slavyan eposları. Bununla
belә, eposun inkişafının bütün ardıcıl mәrhәlәlәrinә aid olan
ümumi elementlәri araşdırarkәn tәkcә yerli xüsusiyyәtlәr deyil,
hәm dә ümumi sosial-tarixi proseslә şәrtlәnәn stadial fәrqlәr
mütlәq nәzәrә alınmalıdır.

“Qәhrәmanlıq әsri”nin vә qәdim qәhrәmanlıq eposunun so-
sial tәbiәti haqqında danışarkәn, Çadviklәr yaxın zamanlaradәk
qәhrәmanlıq eposunu xalq yaradıcılığının yox, “hәrbi aristokra-
tiya”nın yaradıcılıq mәhsulu kimi nәzәrdәn keçirәn Qәrb elmin-
dә dәbdә olan antidemokratik nәzәriyyәlәrә yaxınlaşmış olurlar.
Müәlliflәrin fikrincә, epos hәmişә “krallar vә knyazlar sinfinә”
(royal or princely class) mәnsub olan qәhrәmanları, “knyaz sin-
fi”ni vә onların “nәcib silahdaşları”nı, onların “hәrbi tәbәqәsi”-
ni, “knyaz soyunun fatehlәrini vә ya bütövlükdә knyaz tәbәqә-
si”nin nümayәndәlәrini tәsvir edir. Qәdim qәhrәmanlıq eposu
özünәmәxsus “saray әdәbiyyatı”dır (court literature, court mins-
trelsy). “Eposda tәsvir olunan sosial mühit hәmişә kübar xarak-
ter daşıyır”. Eposun “individualizm”i bu “kübarlıq” ilә bağlıdır:
burada “kollektiv (icma) marağı yoxdur” (communal interest is
wanting). Diqqәt mәrkәzindә xalqların taleyi yox, qәhrәman şәx-
siyyәtlәr dayanır: şәxsi şücaәtlәr, şәxsi mübarizә, şәxsi şan-
şöhrәtә yiyәlәnmәk istәyi vә milli şüurun ifadәsi yox, fәrdi ma-
raqların toqquşması.36 Slavyan xalqlarının eposunda bu qәdәr sә-
ciyyәvi demokratizmi Çadviklәr ya görmürlәr, ya da onu eposun

90
   85   86   87   88   89   90   91   92   93   94   95