Page 85 - jirmunski
P. 85
Xalq qəhrəmanlıq eposu
“İliada”sında da tapır: Hekub Axillә döyüşә girmәmәsi üçün
Hektora yalvarır (“İliada”, r.XXII).11
4. “Marko Kraleviç vә quldur Musa” nәğmәsindә12 Marko
Musanın başını kәsib İstanbula, türk şahının hüzuruna aparır.
Başı görәn hökmdar qorxusundan dik atılır. Curiç Maretiçin aşa-
ğıdakı mülahizәsini sәslәndirmәyi lazım bilir: “Belә fikirlәşmәk
olar ki, bu mәqam bizim nәğmәkarlara hansısa xüsusi yolla Per-
sey haqqında qәdim yunan rәvayәtlәrindәn keçmişdir”.13 Bildi-
yimiz kimi, Persey qorxunc Meduzanı öldürüb onun başını özü
ilә gәzdirirdi vә bu dәhşәt saçan başı görәn hәr kәs, mәsәlәn, At-
las hökmdar kimi daşa dönürdü.
Biz belә müqayisәlәri inandırıcı hesab edә bilmәrik, xüsusәn
dә bunun Homerdәn alınma olması ehtimalı çox azdır. Nәzәrә al-
malıyıq ki, cәnubi slavyan eposunda, hәmçinin bir çox digәr
xalqların epik yaradıcılığında düşmәnlәrin kәsilmiş başları real
hәyatdan götürülmüş, geniş yayılmış motivdir.14
Hazırda bu mәsәlәdә İ.Sozonoviçi kiminsә dәstәklәmәsi çә-
tindir. O, yazı әnәnәsinin qәdimliyinә әsaslanaraq yeni Avropa
folklor süjeti mәnbәlәrini antik dastanlarda axtarırdı: Homerin
“Odisseya”sında “әr öz arvadının toyunda”15 süjetinin, bizә gәlib
çatmayan vә Odisseylә bağlı olan “Teleqoniya” kiklik eposunda
(Odisseyin öz oğlu Teleqonla döyüşü) germanların Xildebrand
vә rusların İlya obrazı ilә bağlı atanın öz oğlu ilә döyüşmәsi
süjetinin16, Protesilay vә Laodamiya haqqında әsatirdә “Leono-
ra” tipli xalq nәğmәlәrinin,17 amazonkalar haqqında antik yazılı
mәnbәlәrdә döyüşkәn qızlar haqqında german, roman vә slavyan
eposunda yer almış epik dastanların izlәrini tapmağa çalışırdı.18
Serb yunak nәğmәlәri ilә Homer yaradıcılığı arasında apa-
rılan paralellәri ona görә seçdik ki, burada, hәtta böyük oxşarlıq
olduğu halda da birbaşa vә ya qismәn tәsirdәn danışmağın
mümkün olmadığını göstәrәk. Yakob Qrimmdәn başlamış bu
günәdәk19 cәnubi slavyan eposu haqqında yazan bir çox müәllif-
lәrdә rast gәldiyimiz Homer eposu ilә müqayisәlәr çox vaxt
mәhz tutuşdurma olaraq inandırıcı vә münasibdir, çünki onlar
müxtәlif xalqların epik qәhrәmanlıq nümunәlәrinin bәzi ümumi
85