Page 72 - jirmunski
P. 72
tor Jirmunski

Belә ki, hәr iki romanda hadisәlәrin düyünlәnmәsi vә nәticәdә
bütün hadisәnin psixoloji şәrtlәnmәlәri fәrqlidir. “Tristan”da qәh-
rәmanın ilk döyüş şücaәtlәrindәn bәhs edilir (İzoldanın dayısı
nәhәng Moroltun öldürülmәsi, onun ölkәsini viran qoyan әjdaha
ilә döyüş) vә belәcә, onların münasibәtlәrinin ikili vә ziddiyәtli
xarakterindәn dә söz açılmış olur (sonradan bu ziddiyyәt sehrli
içkinin sayәsindә mәhәbbәtin gücü ilә dәf edilir); digәr tәrәfdәn,
Tristanın öz dayısı ilә qarşılıqlı borca әsaslanan könül birliyin-
dәn, onların ata-oğul sevgisindәn danışılır: övladı olmayan Mark
Tristanı öz varisi etmәk istәyir; Tristan dayısının elçisi kimi dә-
nizin o tayına yola düşür vә könüllü olaraq onun üçün “qızıl saç-
lı” nişanlı İzoldanı tapıb gәtirәcәyinә söz verir. Qurqanidә isә ta-
mamilә başqa ilkin situasiya tәsvir olunmuşdur: Vis onu dava vә
hiylә ilә әlә keçirәn, atasını öldürәn bir zorakı kral Mobәdә nifrәt
bәslәyir; öncә anası (qәdim adәtә görә) öz qızını onun böyük
qardaşı Viro ilә nişanlamışdı vә Vis hәlә dә onu sevirdi. Ona
görә dә onu uşaqlıqdan sevәn vә öz qardaşı arvadına ehtiraslı
hisslәr bәslәyәn Mobәdin kiçik qardaşı Ramin ilk görüşdәn onun
mәhәbbәtini qazana bilmir vә dayәsinin kömәyinә әl atmalı olur.
Tristan vә İzolda öz sevgilәrini hörmәt bәslәdiklәri Markdan vә
әtrafdakılardan gizli saxlamağa çalışırlar; onların mәcburәn iş-
lәtdiklәri hiylәlәr fransız fabliolarında arvad vә onun sevgilisi-
nin, әri aldadan kәlәklәrini xatırladır; әksinә, Mobәdә nifrәt bәs-
lәyәn Vis әvvәl Viroya, sonra isә Raminә olan mәhәbbәtini açıq
etiraf edir.

Fars romanında orta әsrlәr insanının şüurunda sevәnlәrin “ci-
nayәti”ni izah edәn vә onlara bәraәt qazandıran eşq şәrabı yox-
dur. Lakin burada dayәnin Mobәdi tilsimә salması yer alır ki, bu
tilsim Ramin üçün onun sevgilisini pak saxlamağa xidmәt etmә-
lidir. Burada orta әsr fransız romanındakı mürәkkәb psixoloji
dram (İzoldanı әri ilә sevgilisi arasında qoyan evliliyә xәyanәt
situasiyası – ona görә Visin günahı zahiri, formal xarakter daşı-
yır) yoxdur. Hadisәlәrin düyününün açılmasının fәrqliliyi dә bu-
rada üzә çıxır: fransız romanı sevgililәrin faciәvi ölümü ilә bitdi-
yi halda, fars romanında qәddar Mobәd ölür, sevgililәr maneәsiz

72
   67   68   69   70   71   72   73   74   75   76   77