Page 333 - jirmunski
P. 333
Xalq qəhrəmanlıq eposu

“Edda”nın mifoloji nәğmәlәri qәdim german vә ya german-skan-
dinav bütpәrәst vә ya xalq nәğmәlәri kimi yox, island rahiblәri
tәrәfindәn İslandiyanın xristianlaşdırılmasının erkәn dövründә,
buraya gәtirilәn xristian әfsanәlәrinin vә ya antik qeyri-dәqiq
әdәbi xatirәlәrin tәhrif olunmuş inikası kimi nәzәrdәn keçirilir.
Bu müәlliflәrin apardığı qarşılaşdırmalar adi müqayisәli araşdır-
ma metodikasına uyğundur vә әksәr hallarda az inandırıcıdır.38

Karl Kron bu yeni nәzәriyyәni 1900-cü illәrin әvvәllәrindә
qәlәmә aldığı әsәrlәrindә, “Kalevala”nın epik vә ovsun xarakterli
runalarına tәtbiq etmişdir. Alim әsәrin süjet vә obrazlarının fin
milli mifologiyasının (tәbii әsatirlәrinin)39 ifadәsi kimi xarakteri-
zә edilәn köhnәlmiş romantik şәrhini vә daha sonrakı tәdqiqatçı-
ların şaman inanc vә ayinlәri kimi40 sәciyyәlәndirmәsi cәhdlәrini
haqlı olaraq rәdd etmiş, öz müqayisәli tәdqiqatlarında onun ya-
radıcı orijinallığını vә mәdәni özünәmәxsusluğunu tәkzib etmiş-
dir.

Buna müvafiq olaraq Vyaynyamyoynen uzaq Poxyolaya
getmәk üçün özünә qayıq düzәldirsә, Kron Bibliyada gәmi qayı-
ran Nuha, eyni zamanda dülgәr oğlu kimi Xristos obrazına ya-
xın, ifaçıya real mәişәt münasibәtlәrini tәlqin edәn epizod qu-
rur.41

Vyaynyamyoynen yolyoldaşları İlmarinenin vә Lemmink-
yaynenin müşayiәti ilә coşqun dәnizdә Poxyolaya sarı üzürsә,
Kronun fikrincә, bu dәniz sәfәri haqqında runa Xristosun öz şa-
girdlәri Pyotr vә Andreylә firtınalı Genisaret gölündә üzmәsi
haqqında dini şeirlә eynilәşir.42

Belә hallarda bir çox burjua alimi kimi, Kronun da sәhvi on-
dan ibarәtdir ki, o, xristian xalq tәsәvvür vә inanclarını xalq mi-
fologiyasının vә poeziyasının ümumi inkişaf qanunlarına tabe
olmayan müstәqil, tәcrid olunmuş bir din alәmi kimi tәsvir edir.
Xalq inanclarının etnoqrafiya çәrçivәsinә daxil edilmәsi “Kale-
vala”nın aşağıda qeyd olunan motiv vә obrazlarının xristian әf-
sanәlәri kimi şәrhini qeyri-inandırıcı edir.

Demәli, kainatı, yeri, göyü vә ulduzları yaradan, әzәli hüdud-
suz dәnizdә üzәn Vyaynyamyoynen obrazı sanki Bibliyada yara-

333
   328   329   330   331   332   333   334   335   336   337   338