Page 328 - jirmunski
P. 328
tor Jirmunski

mifoloji vә qәhrәmanlıq eposuna, xüsusilә dә qәdim island “Ed-
da”sına müraciәt etmişlәr. Bir sıra bu cür tamamilә mübahisәli
yaxınlaşmaları hәlә “Kalevala”nın ilk tәdqiqatçısı, alim Yulius
Kron müәyyәn etmişdi. Onun oğlu Karl Kron vә digәr tәdqiqat-
çılar da onun ardınca getmişlәr.24

Demәli, skandinav “alınma variantları” nәzәriyyәsinin tә-
rәfdarları Samponun bir yandan un, digәr yandan duz, üçüncü tә-
rәfdәn isә “çoxlu pul” üyüdәn sehrli dәyirman obrazını Qrottinin
sehrli dәyirmanı, “Edda”nın “xoşbәxtlik dәyirmanı” sәviyyәsinә
qaldırırlar.25 “Qrotti haqqında nәğmә” әsәrinә yazdığı şәrhindә,
Snorri Sturlusonun söylәdiyi kimi, bu dәyirmanda Fenya vә
Menya adlı iki nәhәng qadın dәyirmanın sahibi Danimarka kralı
Frodi üçün “qızıl, barış vә sәadәt üyüdürlәr”. Ancaq onların ça-
ğırdığı düşmәn kralı öldürür vә dәyirmanı öz gәmisinә yüklәyib
aparır. Dәyirman dәnizdә duz üyüdәndә gәmi qәzaya uğrayır vә
o vaxtdan dәniz duzlu olur.

Lakin sehrli özüüyüdәn dәyirman bir çox xalqların folklo-
runda, skandinav, alman vә slavyan nağıllarında da mәlumdur;26
nağılın çar Soltan haqqında rus variantında şahzadәnin torpağın-
dakı möcüzәlәrindәn biri dә dәyirmandır. Bu dәyirman haqqında
danışılır ki, “özü üyüdür, özü sovurur vә tozunu da yüz verst
uzağa sәpir”.27 Dәyiman un, duz üyüdür; dәyirmanı yalnız әsl sa-
hibi dayandıra bilәr; dәyirmanı oğurlayan gәmi sahibi onu da-
yandıra bilmir, belә ki, gәmi dәnizin dibinә qәrq olur: ona görә
dәniz belә duzludur. “Kalevala”dakı Sampo vә “Edda”dakı Qrot-
tinin dәyirmanı eyni folklor obrazının müxtәlif variantlarıdır. Bu
obraz “sehrli qazança”, “açılıb-yığılan süfrә” vә ya “uçan xalça”
kimi müxtәlif xalqların nağıl folklorunda, A.M.Qorkinin sözlәri
ilә desәk, “ibtidai insanların obrazlı, fәrziyyәvi, ancaq artıq tex-
noloji tәfәkkürlә”, “qәdimdә zәhmәtkeş insanların öz әmәyini
asanlaşdırmaq, sәmәrәliliyini artırmaq tәşәbbüsü”28 ilә yaran-
mışdır.

Kronun “Kalevala”nın әn qәdim yaranma mәrhәlәsindә skan-

dinav әsatirlәrinin “bütpәrәst” finlәrә keçmәsinin sübutu kimi

әsaslandırdığı qarşılaşdırmalar daha az inandırıcıdır.

328
   323   324   325   326   327   328   329   330   331   332   333