Page 326 - jirmunski
P. 326
tor Jirmunski

bişirir, dağ boyda әt, kolbasa, pivә hazırlayır (XX runa). Qoca
“meşә yiyәsi” “qırmızı bant vurduğu göy corab”da Vyaynyamö-
ynenin sehirli nәğmәlәrini vә kanteldә ifasını dinlәmәyә çıxır
(XLI runa). “Kalevala”nın bu demokratik estetikası karel epik
runalarının yarandığı vә ifa edildiyi xalq kәndli mühitini әks et-
dirir.

O.V.Kuusinenin haqlı olaraq qeyd etdiyi kimi, ““Kalevala”-
ya daxil olan runalar әsl xalq yaradıcılığıdır. Bu, onunla da tәs-
diq olunur ki, birincisi, runa ifaçıları peşәkar deyildilәr, onlar ru-
naları ağır iş vaxtından sonra ifa edәn, nәsildәn-nәsilә ötürәn adi
insanlar idi. İkincisi, runalar hakim siniflәri әylәndirmәk üçün
yox, sadә, әmәkçi insanlara sevinc bәxş etmәk naminә yaradılır
vә ifa edilirdi. Üçüncüsü isә runalarda aristokratiyanın olmadığı
cәmiyyәtdәn, zәhmәtkeş insanlar olan qәhrәmanlardan bәhs edi-
lir”.23

Feodal dövrünün qәhrәmanlıq eposundan fәrqli olaraq, “Ka-
levala”da hәlә qәbilә vә tayfa münasibәtlәri hakimdir, dövlәt
münasibәtlәri isә yenicә intişar tapır. Demokratik ictimai kollek-
tiv daxilindә sosial qeyri-bәrabәrlik, yuxarıda Lemminkyayne-
nin elçiliyi ilә bağlı qeyd etdiyimiz kimi (Kullervo vә onun sahi-
bәsi haqqında epizod istisna olmaqla), çox da aydın hiss edilmir
vә ya ikincidәrәcәli xarakter daşıyır. Döyüş motivlәrinin sayı
nisbәtәn azdır, әsasәn kәndli әmәyi vә adi, sakit mәişәt sәhnәlәri
üstünlük tәşkil edir. Bu baxımdan “Kalevala”, şübhәsiz ki, bizә
mәlum olan dünya eposları arasında savaş sәhnәlәrinin әn az yer
aldığı әsәrdir. Rәqiblәrin bir-biriylә mübarizәsindә (Kullervo vә
Kaukomielinin Lemminkyaynenlә mübarizәsi epizodları istisna
olmaqla), bir qayda olaraq, hәrbi güc yox, qәdim xalq tәsәvvür-
lәrinә uyğun olaraq, sirli söz, fövqәltәbii sehr kimi anlaşılan
müdriklik qalib gәlir.

Müxtәlif xalqlarda qәhrәmanlıq eposu, barbarlığın әn ali
mәrhәlәsindәn inkişaf etmiş feodalizmәdәk, sosial-tarixi inkişa-
fın müxtәlif ardıcıl mәrhәlәlәrini әks etdirir. Orta әsrlәr Qәrbi
Avropa eposu (fransızların “Roland haqqında nәğmә” vә ya XII
әsrin sonuna aid son әdәbi nәşrindә almanların “Nibelunqlar
haqqında nәğmә” eposları) feodalizm dövrünün mәişәti vә ideo-

326
   321   322   323   324   325   326   327   328   329   330   331