Page 327 - jirmunski
P. 327
Xalq qəhrəmanlıq eposu

logiyasını әks etdirirsә, “Kalevala”nın xalq runaları, bәzi sonrakı
qatlarına baxmayaraq, әsasәn feodalizmdәn әvvәlki, әn yüksәk
inkişaf mәrhәlәsindә patriarxal-qәbilә münasibәtlәrinin hakim
olduğu cәmiyyәtin mәnzәrәsini yaradır. “Kalevala” Lyonnrotun
nәşrindә dә xalq tәrәfindәn vә xalq üçün yaradılmış eposun bu
demokratik xarakterini qoruyub saxlayır.

3
Karl Kron vә onun mәktәbinin digәr yanlış qәnaәti “Kale-
vala” süjetlәrinin skandinavlardan (german) “alınmalar” hesab
edilәn mühüm hissәsinin milli mәnşәyini tәkzib etmәkdәn iba-
rәtdir.
“Skandinavizm” bu nәzәriyyәnin әsası kimi, fin xalqı vә
onun skandinav istilaçılarının ümumi mәdәni taleyi haqqında tә-
limdir. Finlәrin vә skandinavların mәdәni yaxınlığına, başqa
sözlә, fin mәdәniyyәtinin uydurma skandinav mәnbәlәrinә (xüsu-
silә fin milli eposuna) işarә açıq-aşkar siyasi mәqsәd daşıyır:
Finlandiyanın Qәrbә yönlәndirilmәsi, ölkәnin german-skandinav
vә Qәrbi Avropa adlanan dünyanın mәdәni vә siyasi orbitinә da-
xil edilmәsi. Belәliklә, “skandinav mәdәniyyәtindәn alınma va-
riantlar” bir növ burjua Finlandiyasına Qәrbi Avropada vәtәn-
daşlıq hüququ qazandıran “vәsiqә”yә çevrilir.
Qәrbdә hakim “alınma nәzәriyyәsi”nә meyillәnәn Karl Kron
vә onun mәktәbi hәmin nәzәriyyәnin metodikasını tamamilә mә-
nimsәmişdir. Epik süjet, motiv vә obrazların hәr cür sәthi, uzaq
vә mücәrrәd oxşarlığı, “müqayisәli araşdırma” ruhunda ictimai
reallığın oxşar şәraitindә tarixi-tipoloji uyğunluqlar nәzәrә alın-
mamaqla, kәnardan “tәsir” vә ya “alınma” kimi qәbul edilirdi.
Bununla belә, qeyd etdiyimiz kimi, әslindә folklorun bütün janr-
larından mәhz epos, xalqın tarixi qәhrәmanlıq salnamәsi kimi
yarandığı vә inkişaf etdiyi milli tarixi әsasa daha çox bağlıdır,
buna görә dә beynәlxalq mәdәni vә әdәbi “tәsirlәr”ә daha az mә-
ruz qalır.
Fin folklorşünasları alman vә ya ona bağlı skandinav filoloji
mәktәbinin tәlәbәlәri kimi “Kalevala”nın epik süjetlәrindә yad
“mәnbәlәr” axtarışında hәmişә öncә qәdim german (skandinav)

327
   322   323   324   325   326   327   328   329   330   331   332