Page 332 - jirmunski
P. 332
tor Jirmunski

4
XX әsrin әvvәllәrindәn etibarәn fin mәktәbinin nümayәndә-
lәri “Kalevala”nın süjetlәrinin mәzmunca bütpәrәst qәdim ger-
man (skandinav) mәnbәlәri ilә yanaşı, tez-tez kilsә-xristian mәn-
bәlәrini dә ön plana çәkmәyә başladılar. Finlandiyanın xristian-
laşdırılması şәraitindә (XIII әsrin ortalarından) kilsә-xristian tә-
siri, faktiki olaraq, yeni dini bütpәrәst Finlandiya xalqı arasında
silah gücünә yayan (xaç yürüşlәri) skandinav işğalçıları vә mis-
sionerlәrinin tәsiri ilә eynidir. Demәli, bu, “skandinavizmin”
ümumi mәqsәdlәri ilә heç bir ziddiyyәt yaratmırdı. Kronun sözlә-
rinә görә, “Qәrbi fin әfsanәsi (söhbәt xristian әfsanәlәrindәn ge-
dir), bir qayda olaraq, hansısa bir skandinav nümunәsini nәzәrdә
tutur”.35
Xalq arasında xristian әfsanәsinin yenidәn işlәnmiş variantı
kimi “Kalevala”nın milli bütpәrәst mifologiyasının ifşası XIX
әsrin sonlarında Qәrbi Avropa burjua folklorşünaslığının analoji
cәrәyanları tәrәfindәn hazırlandı. Belә yanaşmalar o zamanlar
dәbdә olan bir sıra elmi cәrәyanlar üçün dә xarakterik idi. Onlar
da xalq yaradıcılığının guya “romantik” qavramına prinsipial
inamsızlıqla yanaşaraq bütün tәzahürlәri cәmiyyәtin kübar, tәh-
sil almış sinfinin, antik vә ya xritsian kosmopolit kitab әnәnәsi-
nin tәsiri ilә әlaqәlәndirirdilәr.
“Edda”yla bağlı skandinav-german mifologiyasının şәrhindә
bu meyil daha qabarıq görünür. Mәlumdur ki, fin alimlәri o vax-
ta qәdәr “Kalevala”nın mifoloji süjetlәrinin әn yaxın mәnbәlәri-
ni burada axtarırdılar.
“Edda” qәdim german (daha dәqiq, skandinav) bütpәrәst
dövrünün bәnzәrsiz әsәri kimi mәhz tәcrid olunması nәticәsindә
öz qәdimliyi vә xәlqiliyi ilә bağlı müqayisәli etnoqrafiyanın ma-
terialları ilә az tanış olan filoloq-pozitivistlәrdә özünә qarşı skep-
tik münasibәt yaradırdı. Aydın mәsәlәdir ki, bu materiallarla ta-
nış olmadan “Edda”nın elmi izahını vermәk mümkün deyildi.
Bu cәrәyanın banisi, norveç alimi Sofus Buqqenin36 vә cәrәyanı
mәşhurlaşdıran alman alimi Elard Hüqo Meyerin37 әsәrlәrindә

332
   327   328   329   330   331   332   333   334   335   336   337