Page 336 - jirmunski
P. 336
tor Jirmunski

zı, Kronun onu Bibliya “prototiplәri” – qorxunc Leviafan vә ya
Begemot obrazları sәviyyәsinә qaldırması yönündә tamamilә
qeyri-inandırıcı cәhdlәrinә baxmayaraq, Xristosun Genisaret
gölündәki qayıq gәzintisi epizodunda heç dә qәdim obraz hesab
edilә bilmәz.50 Әksinә, mәhz bu obraz daha qәdim bütpәrәst xalq
tәsәvvürlәrinin xristian әfsanәsinә keçdiyini, kilsә-xristian әfsa-
nәsinin yerli xalq yaradıcılığında yayıldığını aydın şәkildә sübut
edir. Bu misaldan göründüyü kimi, eposun motiv vә obrazlarını
xristian әfsanәlәri müәyyәnlәşdirmәyib, xristian әfsanәlәrindә
mifoloji vә epik xarakterli xalq tәsәvvürlәri ayrılıb vә eposun in-
kişafında fәal iştirak edib.

“Kalevala”nın ovsun xarakterli runalarının tәhlilindә Kro-
nun gәtirdiyi dәlillәr az inandırıcıdır. Belә ki, alim bu runaları
bütövlükdә xalq mifologiyasından vә mәrasimlәrindәn qopara-
raq orta әsr ruhanilәrinin әfsanәlәrә aid elmi tәcrübәsinә aparıb
çıxaran vә sonralar sәhv anlaşılan, “cahil” xalq kütlәlәri tәrәfin-
dәn tәhrif edilәn latınca xristian ovsun formullarının tәsiri ilә
izah edir.51

Kronun iddialarına görә, “finlәrdә bütpәrәst ovsun runaları-
nın olması hәlә indiyәdәk heç bir tutarlı nümunә ilә öz tәsdiqini
tapmayıb”.52 Bütün fin ovsun runaları guya orta әsr katolik mәn-
şәlidir vә Bibliya hekayәtlәrinә, kilsә әfsanәlәrinә әsaslanır. “Mi-
foloji tәәssürat yaradan” adlar, әslindә, yalnız “xristian müqәd-
dәslәrinin tәhrif edilmiş adları vә ya onların epitetinin yeni ya-
ranmış formalarıdır”.53 Demәli, “meşә sahibi”nin adı (Kuyppa-
na) çox şübhәli etimoloji variantlarla Kron tәrәfindәn xristian
müqәddәsi, ovun hamisi Hubertin (Hubertus) adı ilә әlaqәlәndi-
rilir.54 Tәbiәt qızı (Luonnatar), hava qızı (İlmatar), günәş qızı
(Payvatar), ay qızı (Kuutar) vә başqaları tәbii qüvvә “yiyәlәri”-
nin qәdim matriarxal obrazları yox, müqәddәs Mәryәmin müstә-
qil yaşam hüququ almış epitetlәri, kilsә mәnşәli mücәrrәd alle-
qoriyalardır.55

Dәmirin “üç tәbiәt qızının”nın torpağa tökdüyü süddәn әmә-
lә gәlmәsindәn bәhs edәn ovsun runasında Kron bu tәbiәt qızla-
rının obrazları arxasında “üç Mariya” kilsә әfsanәsinin gizlәndi-
yini zәnn edir. Bununla belә, o, burada klassik mifologiyanın “üç

336
   331   332   333   334   335   336   337   338   339   340   341