Page 339 - jirmunski
P. 339
Xalq qəhrəmanlıq eposu

Kronun bu әsәri Qәrbdә dә geniş yayılmışdır vә müqayisәli tәd-
qiqat sahәsindә fin alimlәrinin metodologiyası üçün sәciyyәvi
özәlliklәrә malikdir. Bir tәrәfdәn Kron bu süjeti hiylәgәr Lokki-
nin tәhriki ilә kor Xoddrun nizәylә ölümcül yaralaya bilәcәyi
(“şәrti zәif yeri”) nurlu tanrı Baldranın ölümü vә onun anası tan-
rı Friqqin Baldranı ölülәr sәltәnәtindәn qaytarmağa (bir sıra Ed-
da dastanlarında qiyamәt gününә az qalmış Baldranın zühur edә-
cәyi ilә bağlı öncәgörmәlәr var) uğursuz cәhdi haqqında “Edda”
hekayәsi ilә müqayisә edir. Digәr tәrәfdәn isә o, Sofus Buqqe ki-
mi, Baldranın timsalında tәhrif olunmuş Xristos obrazını, Xodd-
run nizәsindә xristian әfsanәsinә görә çarmıxa çәkilmiş Xristo-
sun bәdәninә sancılmış legioner Longinin nizәsini, Baldranın
anası tanrı Friqqin timsalında öz oğlu üçün göz yaşları axıdan
Mәryәmi görür. Kronun fәrziyyәsinә görә, laplandiyalı qoca, kor
çobanın oxla vurduğu Lemminkyaynenin ölümü, anasının (digәr
variantlarda arvadının) ölmüş qәhrәman üçün göz yaşları axıdıb
onu diriltmәsi haqqında hekayә, Baldranın ölümünә hәsr olun-
muş, skandinav mifoloji süjetinin әsasında duran Xristos haqqın-
da әfsanәnin әksidir.

Kronun nәzәriyyәsi Sofus Buqqenin nәzәriyyәsi qәdәr qeyri-
inandırıcıdır. Xristosun ölmәsi vә zühuru haqqında әsatir, mәlum
olduğu kimi, aqrar bölgәlәrdә geniş yayılmış dinlәrin ölәn vә
zühur edәn tanrı haqqında әsatirinin bir variantıdır. Onun Baldra
haqqında skandinav әsatiri ilә qismәn oxşarlığı (әslindә çox cüzi)
mәhz bununla izah edilir.66 Amma “Edda”dakı Baldranın ölümü
haqqında hekayәt xristian әfsanәsindә inandırıcı parallellәri ol-
mayan aydın spesifik xüsusiyyәtlәrә malikdir. Bu mәqam onun
müstәqil mәnşәyinin olmasından vә german (skandinav) әfsanә-
sindә inkişaf etmәsindәn xәbәr verir.

Oxşar xalq tәsәvvürlәrindә “Kalevala”dakı Lemminkyayne-
nin ölümü vә zühuru haqqında poetik hekayә dә yer almışdır. Bu
hekayәt folklora xas nikbinliyin daha bir parlaq nümunәsidir.
Xalq şüuru hiylәgәr düşmәnlәrin qәhrәmanı öldürmәsi fikri ilә
barışa bilmir. Buradan da qәdim bahadırlıq nağılında geniş ya-
yılmış, bacısı, anası, arvadı vә ya sehrli bahadır atının xilas etdi-

339
   334   335   336   337   338   339   340   341   342   343   344