Page 338 - jirmunski
P. 338
tor Jirmunski

elә hәmin kilsә-xristian (bu halda slavyan-Bizans) mәnbәyinә
aid nümunә kimi izah etmәyә cәhd göstәrmişdir.61

Lakin mәhz rus ovsunları elә fin ovsun runaları kimi, xalq
mәrasimi ilә sıx bağlıdır vә Kron, Mansikka, elәcә dә onların
Qәrbdәki müәllimlәrinin nәzәriyyәsinin әn parlaq tәkzibidir. Ov-
sun formulu vә ya nәğmәsi ilә xalq mәrasiminin әlaqәsi açıq-aş-
kar göstәrir ki, ovsunların, elәcә dә ovsun runalarının әsasında
beynәlxalq monastır elminin xalq tәrәfindәn çәtin anlaşılan vә
tәhrif edilmiş formulları yox, qәdim xalq inancları durur. Bu
inanclara әsasәn, әnәnәvi xalq mәrasimi bütpәrәst tanrılara vә ya
keçmiş dövrlәrin mәdәni qәhrәmanlarına aid edilәn (“Kalevala”-
nın sehrli runalarında bu, “qoca, müdrik” Vyaynyamyoynendir)
bu cür sehrli tәcrübәnin mifoloji analogiyası ilә möhkәmlәndiri-
lir.

Ovsunları xalq mәrasimi, mәişәt vә inancları ilә әlaqәdә, yә-
ni sosial-etnoqrafik problemlәr çәrçivәsindә öyrәnәn rus folk-
lorşünaslığı bu mәsәlәdә fin mәktәbindәn daha düzgün mövqe
tutmuşdur. Professor N.Poznanski Mansikkanın kitabının tәnqi-
dindә haqlı olaraq qeyd edirdi ki, “bütün bu qarışıqlığın sәbәbi
xalq inanc vә mәrasimlәrinә etinasız münasibәtdir… Bibliyada-
kı hekayәtlәrә müraciәt etmәmişdәn öncә xalq mәrasimlәrindә
uyğun gәlәn mәqamların olub-olmadığını araşdırmaq lazım idi”.62

Dәbdә olan bu cür ruhani nәzәriyyәlәrinә aludәçilik “Kale-
vala” runalarının yaradılmasında “ruhanilәrin iştirakı” mәsәlәsi-
nә Kronun şişirdilmiş qiymәt vermәsinә gәtirib çıxarır. Nәğmә-
lәri yayanların arasında o, xüsusilә “sәyyah rahiblәri vә onların
şagirdlәri”ni fәrqlәndirir. Bir-birinin ardınca iki ifaçının epik ru-
naları, hәtta әnәnәvi formada ifa etmәsini o, Veselovski63 kimi
әnәnәvi xor mәrasim poeziyasının kompozisiya paralelliyi ilә
yox, “apostollar kimi”, adәtәn ikilikdә sәyahәtә çıxan sәrsәri kli-
riklәrin tәsiri ilә izah edir.64

“Kalevala” süjetlәrinin “xristian-german” (son nәticәdә skan-
dinav) mәnşәli olması ilә bağlı irәli sürülmüş nәzәriyyәnin әsas-
landığı bu cür süni mühakimәnin daha aydın nümunәsi Lem-
minkyaynenin ölümü vә dirilmәsi haqqında tәdqiqat әsәridir.65

338
   333   334   335   336   337   338   339   340   341   342   343