Page 329 - jirmunski
P. 329
Xalq qəhrəmanlıq eposu

Demәli, “Kalevala”nın xalq variantlarında İlmarinenin elçi-
lik sınaqları arasında Xiysi atının ram edilmәsinә dә işarә edilir.
İlmarinen bu atın belindә ilanlı zәmini (Xiysi zәmisi) şumlama-
lıdır. Kronun şәrhinә görә, burada söhbәt bütpәrәst ilahisinin
müqәddәs çәmәnliyindә ona aid müqәddәs atın ram edilmәsin-
dәn gedir. Norveçin Drontxeym әyalәtindә mәhsuldarlıq tanrısı
Freyrin mәbәdindә müqәddәs atların saxlanması ilә bağlı mәlu-
mat Xiysi atının skandinav mәnşәli olduğunu Krona sübut etmәk
üçün yetәrlidir.29

Kron Axti-Lemminkyaynene haqqında nәğmәlәrdәn birindә
Sampsa Pellervoynene ilә bağlı tamamilә arxaik epizodu Freyr
kultu ilә әlaqәlәndirir. Görünür, Sampsa әkin-biçinә bәrәkәt gә-
tirәn, aqrar kultla әlaqәli tanrıdır. Axti onun arxasınca uzaq dә-
nizdәki adaya qasidlәr göndәrir vә o, arabada dәrzlәrin üzәrinә
uzanmış halda anası-arvadı ilә birgә geri qayıdır. Kron qәdim aq-
rar kultlarla bağlı başqa bir әsatiri – ana-torpaq ilahәsi Nerthus
(skandinavlarda Niorthr) vә onun oğlu Freyr haqqında analoji
german-skandinav әsatirini bәrpa etmәyә çalışır vә bu çox müba-
hisәli bәrpada o, guya “Kalevala”da qeyd etdiyimiz epizodda öz
әksini tapmış Samps kultunu mәnbә kimi görür.30

Poxyoladakı toy şәnliyindә mәclisә nәhәng bir öküz gәtirilir
(bir sıra xalq variantlarında – axta donuz). Yulius Kronun fikrin-
cә, dini mәrasim yemәyinә aid olan bu müqәddәs heyvan da
skandinav mәnşәlidir: “Edda”da döyüş meydanında şücaәt göstә-
rib hәlak olmuş qәhrәmanların Odinin qәsrindә yeyib-içdiklәri
mәclisdә Odinin hәr gün sehrli şәkildә yenidәn süfrәyә verilәn
axtalanmış müqәddәs Sexrimnir donuzuna işarә edilir.31

Gәtirilәn bütün misallarda folklor tәsәvvürlәrinin kifayәt qә-
dәr uzaq tarixi-tipoloji oxşarlığı sәthi vә yanlış (“Kalevala”nın
skandinav mәnbәlәrindәn alınma olması kimi) şәrh edilir.

Fin mәktәbinin bir çox tәdqiqatçıları “Kalevala”nın bәzi qәh-
rәmanlıq süjetlәrinin skandinav mәnşәli olduğunu qeyd edirlәr.
Professor Setyalya özünün “Kullervo – Hamlet” adlı geniş tәdqi-
qat әsәrindә Kullervonun qisası haqqında nәğmәlәrin mәnbәyi-
nin guya Sakson Qrammatikin “Danimarka icmalı”ndan, elәcә
dә digәr skandinav mәnbәlәrindәn bizә mәlum olan vә sonralar

329
   324   325   326   327   328   329   330   331   332   333   334