Page 319 - jirmunski
P. 319
Xalq qəhrəmanlıq eposu

Aarne vә onun çoxsaylı tәlәbәlәri). Dolğun sәnәdlәşdirmә tәlәbi,
yәni xronologiya vә yayılma arealı nәzәrә alınmaqla, şifahi xalq
yaradıcılığının nümunә variantlarının maksimum tam vә sistemli
toplanması, şübhәsiz ki, hәmin mәktәbin nailiyyәti hesab olun-
malıdır. Ancaq bu mәktәbin nümayәndәlәrinin elmi әsәrlәrindә
müqayisәnin formal-tәsviri metodologiyası vә mexaniki texni-
kası sovet folklorşünaslığında dәfәlәrlә tәnqidә mәruz qalmış-
dır.3

“Kalevala”nın epik runalarının toplanması vә sistemlәşdiril-
mәsi sahәsindә fin folklorşünasları xüsusilә әlverişli mövqeyә
sahib olmuşlar. Onların sanballı vә mәqsәdyönlü fәaliyyәtinә
heyran qalmamaq olmur.4 Bunun sayәsindә Karl Kronun, onun
tәlәbәlәrinin vә hәmkarlarının alman dilinә tәrcümә olunmuş
әsәrlәri Qәrbdә elmi fikrin son nailiyyәti kimi qәbul edilmiş vә
Finlandiyanın hüdudlarından kәnarda da mәşhurlaşaraq, geniş
nüfuz qazanmışdır.5

Bununla belә, Karl Kronun vә davamçılarının metodoloji
mövqeyi fin nağılşünaslıq mәktәbi nәzәriyyәsindәn dә çox eti-
razlar doğurur. Karl Kron vә onun mәktәbinin baxışları XIX әs-
rin sonu – XX әsrin әvvәllәrindә xarici (qismәn dә rus) burjua
folklorşünaslığında dәbdә olan ideyaların tәsiri altında formala-
şırdı. Bu mәktәb antidemokratik tәsәvvürlәrә әsaslanaraq qәhrә-
manlıq eposunu feodal zadәganlığının yaradıcılığı kimi qәlәmә
verir, müasir demokratik xalq ifaçısının rolunu passiv mәnim-
sәnmә vә kütlә sәviyyәsinә “enmiş” mәdәni dәyәrlәrin mexaniki
tәqlidi ilә mәhdudlaşdırırdı. Bu mәktәb “müqayisәli araşdırma”
ruhunda süjet vә milli epos obrazlarının inkişafı ilә bağlı beynәl-
xalq mәdәni vә әdәbi tәsirlәrin rolunu hәddindәn artıq şişirdirdi.
Mәktәb kitabın şifahi xalq yaradıcılığına tәsirini (bu halda, kilsә-
xristian mәnbәlәrinin rolunu) israrla ön plana çәkirdi. Xarici
burjua folklorşünaslığının bu xüsusiyyәtlәri fin mәktәbinә mәx-
sus әsәrlәrdә xüsusilә qabarıq görünür vә bәzәn, hәtta ilkin nәzә-
ri “nümunәlәr”lә müqayisәdә daha şişirdirilmiş formada olur.
Ona görә dә fin mәktәbinin “Kalevala”ya baxışlarının tәnqidi,
hәm dә daha ümumi metodoloji maraq kәsb edә bilәr.

319
   314   315   316   317   318   319   320   321   322   323   324