Page 317 - jirmunski
P. 317
Xalq qəhrəmanlıq eposu
XVI әsrә aid әsәrdә Manas, onun qırx silahdaşı, atası Yaqub,
rәqibi kalmık xanı Coloy eposun qәdim personajları kimi qeydә
alınmışdır; onlarla yanaşı, iki paralel fiqur da xatırlanır – ya epik
әnәnәdә saxlanmayan, vә ya ümumiyyәtlә, әnәnәvi olmayan
Manasın әmisi Karnas vә Coloyun әmisi Condoloy.
Digәr tәrәfdәn, müasir versiyalarda yer alan kalmık vә eyni
zamanda da çin şahzadәsi, düşmәn bahadırı Konurbay (Manasın
әsas rәqibi) “Tarix toplusu”nda yoxdur. XVI әsrin ikinci yarısı-
nın real tarixi şәxsiyyәti – xanoyonların kalmık başçısı Xonqor,
doğrudan da, Konurbayın tarixi prototipidirsә, onda onun adının
XVI әsrin әvvәllәrinә aid mәtndә yer almaması tarixi nöqteyi-
nәzәrdәn başa düşülәndir: Ola bilsin ki, sonrakı dövrlәrdә Ko-
nurbay eposda, bir çox hallarda, Manasın daha arxaik rәqibi, әsl
kalmık bahadırı Coloyu sıxışdırmağa başlamışdır.
Manas haqqında dastanın indiyәdәk ehtimal edildiyindәn da-
ha erkәn vaxtlarda müsәlmanlaşdırılması faktı da diqqәt çәkir.
Artıq XVI әsrin әvvәllәrindә Manasın atası müsәlman adı (Ya-
qub) daşıyır, onun mәnәvi müәllimi Ayxocanın adı da bu dövrlәr-
dә qeydә alınmışdır.
Aydındır ki, “Manas” eposunun sonrakı tarixi tәdqiqi üçün
sözügedәn mәsәlәlәr mühüm әhәmiyyәt kәsb edir. “Tarix toplu-
su” әlyazmasının tezliklә nәşr edilmәsi vә vәd olunduğu kimi,
rus dilinә tәrcümә olunması daha geniş tәdqiqatçı auditoriyası vә
qırğız epopeyasına dәyәr verәnlәr üçün böyük töhfә olardı.
317