Page 316 - jirmunski
P. 316
tor Jirmunski

yaşamış, kalmık qızı ilә evlәnmiş vә özü dә kalmıklaşmışdır.
Manasın kalmık olmuş “bütpәrәst” qohumlarının vәtәnә qayıdı-
şını, onların yad görkәmini, geyimini, dilini, adәt vә davranışla-
rını epos obrazlı, yumoristik dillә tәsvir edir. Özlәrini İslamı qә-
bul etmiş kimi qәlәmә verәn Közkamanın oğlanları onları qo-
naqpәrvәrliklә vә sәmimiyyәtlә qәbul etmiş Manasa qarşı dәrhal
fitnә-fәsad törәdir vә hәtta ziyafәtdә onun içkisinә zәhәr qatıb
öldürmәyә cәhd edirlәr. Qәhrәmanın himayәdarı, müsәlman şey-
xi vә ya müqәddәsi, “Şeyxlәrin tarixi”nin ümumi ideyasına
müvafiq olaraq, zәhәrlәnmiş Manası sağaldanın rolu dәyişir. Yu-
xarıda qeyd olunan qәdim nağıl әnәnәsinә әsasәn, әzәldәn hә-
min rol qәhrәmanın etibarlı arvadı Kanıkeyә mәxsus idi.

Bütün bu yeni mәlumatlar, şübhәsiz, XVI әsrin saxta tarixi
әsәrinin tәsvir etdiyi kimi, Manası XIV әsrin ikinci yarısının ta-
rixi şәxsiyyәti, sәrkәrdәsi vә ya Toxtamışın müasiri hesab etmә-
yә kifayәt qәdәr әsas vermir. Orta Asiya xalqlarının kalmıklarla
qarşıdurmasının tarixәn daha sonrakı dövrә (XIV әsrin sonların-
dan tez olmayaraq, әsasәn XV әsrdәn) tәsadüf etmәsini xatırla-
maq kifayәtdir.93 Manas haqqında rәvayәtin tarixi fonu, çox
güman ki, XVI әsrin müәllifinin uydurması vә ya onun sonradan
eşitdiyi әfsanәnin nәqli ilә yaradılır; lakin mühüm mәqam ondan
ibarәtdir ki, Manas bu zaman Qızıl Orda dövrünün tarixi xatirә-
lәri, qıpçaq-noqay tarixi mühiti ilә asan assosiasiya yarada bilir-
di. Elәcә dә eposun yalnız iki epizodundan (Manasın birinci
şücaәti vә onun xain qohumları (fәrarilәr) tәrәfindәn zәhәrlәn-
mәsi) istifadә edilmәsi, “Şeyxlәrin tarixi”ndә istifadә edilmәmiş
digәr epizodların şifahi xalq epik әnәnәsindә olmadığına dәlalәt
etmir. Lakin sәciyyәvi haldır ki, professor A.N.Bernştam vә bir
çox digәr tәdqiqatçıların “Manas”ın әn qәdim tarixi әsası kimi
nәzәrdәn keçirdiyi Beycinә Böyük yürüş bu hekayәtdә әks olun-
mur, bu haqda Vәlixanovda vә Radlovda da heç nә göstәrilmir.
Biz burada nisbәtәn sonrakı törәmәlәrin olduğunu düşünürük.
Kalmıkları çinlilәrlә, böyük Çinin özünәmәxsus vassal tayfası
ilә eynilәşdirәn (kalmıkların çinlilәrә tabe edilmәsi isә әsasәn
XVIII әsrin tarixi hadisәlәri ilә bağlıdır) tәsәvvürlәr haqqında da
bunu demәk olar.

316
   311   312   313   314   315   316   317   318   319   320   321