Page 313 - jirmunski
P. 313
Xalq qəhrəmanlıq eposu
mambetin, sonradan Çubakın analoji epik bioqrafiyası (Karala-
yevdә) bu nümunәyә әsasәn qurulur.
Genealoji dövrlәşdirmә eposda Manasın qisasçısı vә onun
şöhrәtinin varisi olan oğlu Semeteyi, elәcә dә Semeteyin qisasçı-
sı vә onun şöhrәtinin varisi olan oğlu (Manasın nәvәsi) Seyteki
yaradır.
Nәhayәt, ilkin olaraq qısa bahadırlıq nәğmәlәrinin (bılinala-
rın) böyük milli epopeyaya çevrilmәsi üslubi genişlәndirilmә,
epizodik sәhnә vә iştirakçı şәxslәrin toplanması, hәrbi vә dinc
hәyat hadisәlәrinin, tәkbәtәk döyüşlәrin, mühit vә mәişәtin, qır-
ğız xalqının әn yaxşı söylәyicilәrin dinlәyicilәrә böyük sevgi ilә
çatdırdığı keçmişinin vә bugününün real, eyni zamanda ideallaş-
dırılmış tәfәrrüatlarının geniş tәsviri ilә müşayiәt olunur.
5
İndiyәdәk “Manas”ın qәdim tarixi yalnız müasir yazıyaal-
maların XIX әsr mәnbәlәri (Vәlixanov vә Radlov) müqayisәsi
vә fәrziyyәlәrә әsasәn, yenidәn qurulma ilә әsaslandırıla bilәrdi.
XVI әsrә aid, әvvәllәr mәlum olmayan әlyazmanın tapılması ha-
zırda gözlәnilmәdәn qırğız epopeyasının sәnәdlәrlә әsaslandırıl-
masının perspektivini xeyli genişlәndirdi.
LDU-nun dosenti A.T.Tahircanov “Leninqrad Dövlәt Uni-
versiteti Şәrq fakültәsinin fars vә tacik әlyazmalarının tәsviri”
üzәrindә işlәyәrkәn XIX әsrin әvvәllәrinә aid, Manasın adı ilә
bağlı bir neçә epizodun yer aldığı “Mәcmu әt-Tәvarix” (“Tarix
toplusu”) adlı tacik әlyazması diqqәtini çәkir. Әsәr Fәrqanә va-
disindәki Kasan şәhәri şeyxlәrinin, onların hәqiqi vә ya әfsanәvi
әcdadlarının XVI әsrә aid tarixini әks etdirir. Әsәrin müәllifi
Fәrqanә vadisinin şimalında yerlәşәn Kasan şәhәrinin yaxınlı-
ğındakı Şirkәnd qışlağının sakini Damulla Şah Abbasın oğlu,
molla Seyfәddin Ağsikәndidir. Әlyazmada qeyd olunmuş tarixi
faktlara әsaslanan A.T.Tahircanov әsәrin XVI әsrin birinci rübündә
yazıldığını müәyyәn etmişdir.
Әsәrin başqa bir surәti SSRİ EA Şәrqşünaslıq İnstitutunun
(keçmiş Asiya muzeyi) Leninqrad bölmәsinin әlyazmalar toplu-
313