Page 308 - jirmunski
P. 308
tor Jirmunski

yur; bütpәrәst tanrıların mәbәdlәri dağılır. Orozbakovun varian-
tında Almambetin anası bütpәrәstdir vә körpәni dunqanlının (çinli
müsәlman) arvadı Salar doğuzdurur. O, körpәnin göbәyini kәsir,
onu әmizdirir, ilk üç ayda onun qulluğunda durur. Üç aydan son-
ra bütpәrәst ana uşağı götürmәk istәyәndә körpә ağlayıb onun
qucağına getmir. Karalayevdә dә körpәni müsәlman, çinlilәrin
qәtlә yetirdiyi tacir-xocanın (Mәkkә zәvvarı) oğlu gәnc çoban
Macik qәbul edir. Almambet İslamı qәbul edib Beycindәn qaç-
dıqdan sonra çoban Macik didәrgin düşmüş gәnc qәhrәmanın әn
yaxın dostu vә sirdaşı olur. Macikın kömәyi ilә Almambet özünә
elә bu cür 40 “igid çoban”dan ibarәt drujina toplayır. Mәkkәyә
ziyarәtә yollandıqda Macik onu müşayiәt edir. Gәnc şahzadәnin
çobanla dostluğu әnәnәvi bioqrafik motivdir vә bu motiv Kara-
layevdә islami çalarlar almışdır.

Almambet İslamı anasının vә sehrli yuxunun tәsiri ilә qәbul
edir. Bu yuxuda onun himayәdarı, divanә ağsaqqal ona cәnnәt
hәzzini vә cәhәnnәmin әzablarını göstәrir (Mәhәmmәd haqqında
әfsanәdә vә Manasın İslamı qәbul etmәsi haqqında hekayәtdә ol-
duğu kimi). Esen xanın qızı, Almambetin әmisi qızı vә sevgilisi
şahzadә Burulça da İslamı gizli şәkildә qәbul edib. O, gәnc qәh-
rәmanın qarşısında belә bir şәrt qoyur ki, yalnız İslamı qәbul et-
dikdәn sonra ona әrә gedәcәk. Burulça, hәqiqәtәn, Almambet
Manasla Beycindәn qalib kimi qayıtdıqdan sonra onun arvadı
olur. Orozbakov vә Radlovda Almambeti qazax xanı Kökçö
müsәlmanlığa yönәldir. Hәr iki variantda İslamı yeni qәbul etmiş
qәhrәmanlar öz bütpәrәst atalarına (Orozbakovda hәr ikisinә)
әsl dini qәbul etmәyi tәklif edirlәr ki, bu da atanın vә onun ordu-
sunun müsәlman oğlu vә onun igidlәri arasında silahlı qarşıdur-
maya gәtirib çıxarır. Karalayevdә Almambet öz saxta atası Әziz
xanı öldürür. Bundan sonra o, bütpәrәst Çini tәrk edir vә sonra-
dan Manasla öz vәtәninә qayıtmaq üçün müsәlmanların yanına
gәlir.

Radlov Almambetin tarixçәsi ilә әfsanәvi başçı vә elә әfsa-
nәyә görә oğuzların ilk müsәlman hökmdarı Oğuz xan haqqında
qәdim türk dastanı arasında oxşarlığın olduğunu qeyd etmişdir.85

308
   303   304   305   306   307   308   309   310   311   312   313