Page 303 - jirmunski
P. 303
Xalq qəhrəmanlıq eposu

oğurlanması, qәhrәmanın elçiliyi, onun bacısının xәyanәti (o,
düşmәn bahadırın mәşuqәsi olur), qәhrәmanın sәrxoş olması vә
yerin altında әsir alınması, arvadının düşmәn әlinә keçmәsi, oğ-
lunun doğulması, sonradan oğulun atasının qisasını alması vә
qәhrәmanın azad edilmәsi. Bahadır qız Saykal vә ya Ağ-Saykal
bu poemada, Radlovun qeydә aldığı “Manas”ın versiyasında ol-
duğu kimi, Coloyla әlaqәlidir vә onun arvadıdır.

Orozbakovun versiyasında nәhәng qadın Oronqu obrazı da
nağıl xüsusiyyәtlәrini saxlamışdır. “Manas” epik әnәnәsindә
“Koketeyin yas mәrasimi”ndәki әdәbsiz komik epizod ona aid
edilir (dәvәnin açılıb buraxılması). “Onun alt dodağı yer süpürür,
üst dodağı göy, mәmәlәri göbәyinәdәk sallanır”. “Onun saçları
kәndirә, dodaqları isә öküzün islanmış dәrisinә bәnzәyir”. Oron-
qu hirslә başını silkәlәyәndә saçlarından “hәr tәrәfә otuz siçan
qaçır”.

Manasın nağıl düşmәnlәri arasında kalmık vә çinlilәrin tәrә-
findә olan nәhәng tәpәgözlәr xüsusi diqqәt çәkir. Onlar antik
әsatirdә vә eposda siklop adı ilә mәşhurdur. Nәhәng tәpәgözlәr
(“jalqız közdü döö”) haqqında dastanlar Orta Asiyada geniş ya-
yılmışdır. Odisseyin siklop Polifemi kor etmәsi haqqında Qәrbin
vә Şәrqin әksәr xalqlarına mәlum olan vә Homerin “Odisseya”-
sında әks olunmuş hekayәtdәki süjet daha geniş yayılmışdır
(beynәlxalq kataloq, № 1137). Bu süjet türk xalqlarına artıq orta
әsr oğuz eposu “Kitabi-Dәdә Qorqud”dan mәlumdur: “Basatın
Tәpәgözü öldürmәsi boyu”. Tәpәgöz tәkgözlü nәhәng adamye-
yәndir, onun gözü tәpәsindә yerlәşir (“tәpә-göz”).75 Qırğız nağıl-
larından da mәlum olan bu süjet “Manas”da Orozbakovun versi-
yasında ovçu Kuttu bәy haqqında epizodda tәqdim olunur (birin-
ci “qazat”da).

Nәhәng tәpәgöz Malqun Çinin sәrhәdlәrini qoruyur. Kәşfiy-
yatda Almambet vә Sırqakla rastlaşır. Malqun mәğlubedilmәz-
dir: “Onu nә qılıncla, nә nizә ilә yaralamaq olmur, onu, hәtta bal-
ta da kәsmir”.76 Sırqak onun tәk gözünә nayza (nizә) sancır. “Ki-
tabi-Dәdә Qorqud”dakı hekayәtә görә, onun gözü nәhәngin ye-
ganә zәif yeridir: görünür, bununla nağılda onu öldürmәyin üsu-

303
   298   299   300   301   302   303   304   305   306   307   308