Page 300 - jirmunski
P. 300
tor Jirmunski

Qırğız eposu indinin özündә dә Manasın obrazında tarixi
dövrlәrin mübaliğәli nağıl cizgilәrini saxlayır; bu, daha çox qәh-
rәmana deyil, әcaib nәhәng düşmәnlәrә aiddir. “Onun burnu
böyük bir tәpәyә, burnunun üstü dağ silsilәsinә bәnzәyir”; “saq-
qalı ox qabına, bığları itiuclu nizәyә oxşayır”, “böyük ağzı var,
göz qapaqları yarğana bәnzәyir”, “onun möhkәm sümüklәri var,
başı mәdәn boydadır, bir paltarı bir dәvәnin yüküdür”; “o sanki
qızıl-gümüş qarışığı, göy ilә yer arasında dayaqdır, sanki ay vә
günәşdәndir, torpaq yalnız qalın olduğu üçün onun ağırlığına
dözür”.

Sehrli mәğlubedilmәzlik dә Manas obrazının arxaik xüsusiy-
yәtlәrindәndir. “O, odda yanmır, yaralamaq istәsәn, balta korşa-
lır, ona ox batmır, topdan atәş açsan, güllә götürmür”. Qәhrәma-
nın mәğlubedilmәzliyi dünya eposunda geniş yayılmış motivdir
(bax: s.18). Orta Asiya eposunda Alpamış mәğlubedilmәzdir.
Manasın vә Alpamışın mәğlubedilmәzlik formulu, demәk olar
ki, üst-üstә düşür: bu, onun türk xalqları eposunun әn qәdim po-
etik formuluna aid olduğunu göstәrir. “Alpamış”ın özbәk varian-
tında müq. et: “Oda atsan, odda yanmaz, qılıncla vursan, qılınc
kәsmәz, tüfәnglә vursan, güllә götürmәz”. Ölmәzliyin analoji
formuluna qazax bahadırlıq nağıllarında da rast gәlinir (“Calkil-
dek”, “Kan Şentey” vә b.).

“Manas”da qәhrәmanın mәğlubedilmәzliyi yeni formada,
onun döyüş geyimi – “oxbatmaz ipәk olpok”la motivlәşdirilir.
Müq. et Radlovun variant ında: “Onun ağ zirehini (ağ olpok)
tüfәng güllәsi deşmәz”.64 Ona görә dә Konurbay Manası köynәk-
dә, ayaqyalın, sәhәr namazı qılarkәn yaxalayır vә yalnız bu hal-
da onu ölümcül yaralamağa müvәffәq olur. “Manas”ın Közka-
manlardan bәhs edәn hissәsi (qәhrәmanın mәkrli qohumlar tәrә-
findәn qәtlә yetirilmәsi vә onun dirilmәsi) vә ola bilsin, Manasın
öz silahdaşları ilә birgә “gedәr-gәlmәz”ә yollanması sәhnәlәri
qәdim Altay-Yenisey bahadırlıq nağılı ilә әlaqәlidir.

Әlbәttә, Manas obrazının çoxәsrlik inkişafı boyu bahadırlıq
nağılı qәhrәmanının bu qәdim cizgilәri dәfәlәrlә tarixi tәsirlәrә
mәruz qalmışdır: Manas qırğız tayfa birliyinin qüdrәtli başçısı,

300
   295   296   297   298   299   300   301   302   303   304   305