Page 296 - jirmunski
P. 296
tor Jirmunski

da “xanın gәnc arvadı”) lәqәbinin “Manas”da başqa bir ad – Sa-
nırabiqa kimi işlәnmәsi dә tәsadüfi deyil.

Kanıkey Buxara hökmdarı Atemir xanın vә ya Şatemirin (yә-
ni şah Temirin) qızıdır. Bu ad, şübhәsiz ki, Sәmәrqәnd hökmdarı
mәşhur Teymurun tarixi adı ilә bağlıdır (1405-ci ildә vәfat etmiş-
dir). Qazax-noqay epik silsilәsindә Teymur Şatemir adı ilә (qa-
zaxlarda ş // s әvәzlәnmәsi) tanınır. O, burada, tarixi faktlara uy-
ğun olaraq İdiqenin kömәyi ilә Toxtamış xana qalib gәlir. Adın
forması ümumi mәnbәnin olmasına vә XV–XVI әsrlәrdә yara-
nan qırğız vә qazax-noqay eposları arasındakı әlaqәyә işarә edir.
Müasir qırğız eposunda Atemir özünün tarixi prototipi ilә bütün
әlaqәlәrini itirmişdir: mәlumdur ki, Orozbakov öz Atemirini vә
Teymuru fәrqli adamlar kimi qәbul edirdi. Karalayevdә Şatemir
tarixi adı öz mәnasını itirәrәk Qaraxan nağıl adı ilә әvәzlәnmiş-
dir.

Qeyd olunan faktlar “Manas”ın vә qırğız eposunun Orta Asi-
ya epik әnәnәlәrindәn tamamilә tәcrid olunması haqqında geniş
yayılmış fikri tәkzib edir. Әksinә, ümumi epik (әksәrәn tarixi)
adların çoxluğu Orta Asiya xalqlarının ümumi tarixi keçmişin-
dәn (xüsusilә qırğızların vә qazaxların) vә onların epik yaradıcı-
lığının canlı qarşılıqlı әlaqәsindәn xәbәr verir. Bu qarşılıqlı әla-
qәlәr, güman ki, qırğız tarixinin Tyan-Şan dövrünә, daha dәqiq
desәk, XV–XVIII әsrlәrә aiddir; bu mәqam qırğız eposunun,
әsasәn, Orta Asiyanın tarixi qatını müәyyәn etmәyә imkan yara-
dır.

“Manas” silsilәsindәn kәnarda qalmış qırğız “kiçik eposu”
әsәrlәrindәn Orta Asiya mәnbәlәri “Canış vә Bayış” poemasını
qeyd edir. Bu poemada “Alpamış” vә “Alpamış”la bağlı olan
Xarәzm-türkmәn savaş povesti “Yusif vә Әhmәd” (“Boz Oğ-
lan”) ilә yaxın süjet paralelliyinin olduğunu görmәk mümkündür.53
Tolebay-sınçi haqqında qırğız xalq rәvayәti Koroğlu haqqında
ümumi Orta Asiya dastanını әks etdirir; onun da atası qәddar vә
әdalәtsiz xan tәrәfindәn kor edilir (özbәk eposunda Tolebay-sın-
çi Qoroğlunun babası kimi tanınır).54

Görünür ki, Manasın әsas düşmәnlәrinin adı da tarixi sayıla-
caq dәrәcәdә kalmık müharibәlәri dövrü ilә әlaqәlidir. Çin

296
   291   292   293   294   295   296   297   298   299   300   301