Page 298 - jirmunski
P. 298
tor Jirmunski
dәsi kimi qeyd olunan Xan-noyon-Xonqorun adından
götürülmüşdür.57 Xonqor kalmıkların Xoşout tayfasının başçısı
olmuş vә özünü Çingiz xanın qardaşı Xasarın nәslinә aid edәn
sülalәnin әsasını qoymuşdur. Onun oğlanları kalmık dastanların-
da “beş pәlәng” epik lәqәbi ilә mәşhurdur.58 Onların dövründә
kalmıklar lamaizmi qәbul etmiş, Tibetdә dә hakimiyyәti yaymış-
lar. Xoşoutlar XVII әsrdә oyratların köçәri dövlәtindә, kalmıkla-
rın әn böyük vә әn geniş hәrbi ekspansiya dövründә hakim ol-
muşlar.59
Görünür, kalmık xanı Alookenin adı da tarixidir. “Alyakunun
başçılığı altında kalmıkların Orta Asiyanın Otrar şәhәrinә hücumu
haqqında” mәlumatlar da var. Bu mәlumatları vermiş A.K.Klare
hәmin epizodu XVII–XVIII әsrlәr kalmık müharibәlәri ilә әlaqә-
lәndirir.60 Alyakunun hücumu haqqında N.Pantusovun Atbaşıda
(indiki Tyan-Şan әyalәtindә) qeydә aldığı şifahi rәvayәtlәr әfsa-
nәvi xarakter daşıyır. Burada bütün Türküstanı öz hakimiyyәti
altına alan kalmık xanı dünyaya hökm edәn istilaçıdır.61 Alooke-
nin Orta Asiyanı işğal edib öz qәrargahını Әndicana köçürmәsi
sәhnәlәrindә (Orozbakovun variantı) “Manas”la maraqlı oxşar-
lıq müşahidә olunur.
Kalmık xanlarının müxtәlif zamanlarda xalq yaddaşına köçmüş
adları arasında epos yeni bağlar qurur, vahid kalmık-çin xanәda-
nı çәrçivәsindә onları bir araya gәtirir. Konurbay Alookenin oğ-
lu, Alooke isә Esen-xanın qardaşı olur; çin xanәdanında artıq
Esen xanın qardaşları Qara xan vә Almambetin atası Әziz xan
(vә ya Sorunduk) kimi türk vә hәtta әrәb-müsәlman adları daşı-
yan yeni simalar meydana çıxır. Almambetin sevgilisi Burulça
da bu ailәnin üzvüdür: o, Esen xanın qızıdır. Esen-xanın Börü-
köz adlı oğlu da var, ancaq o, burada iştirak etmir.
Belәliklә, eposda rast gәlinәn tarixi vә ya yarımtarixi adlar
real tarixi zәmindәn qoparaq, epik dastana öz daşıyıcısının ger-
çәk tarixi taleyi ilә yox, epik qәhrәmanın uydurma prototipi ilә
daxil olur. Çox vaxt isә eposun ideya-bәdii mәzmunu vә inkişafı
baxımından әvvәlcәdәn şәrtlәnmiş tamamilә yeni süjet funksiya-
sı olur.
298