Page 294 - jirmunski
P. 294
tor Jirmunski
yanvar 1481-ci il). 1500-cü ildә iki qardaş Moskvanın müttәfiqi
Әbdüllәtif xana qarşı Kazan üzәrinә uğursuz yürüş etmişlәr.
1502-ci ildә onlar Moskvaya “sevgi”elçisi (yәni sülh danışıqları
üçün) yollamışlar.42 Noqay silsilәsindәn olan eposda Janqbırşi
Musa xanın silahdaşı vә müstәqil bahadırlıq nәğmәsinin qәhrә-
manıdır. Radlovun Әr Kökşü vә Әr Kosay haqqında yazıya aldı-
ğı qazax dastanında onun adı bu qәhrәmanların silahdaşları sıra-
sında çәkilir.
Radlovda Manasın 40 çörösü sırasında Kәnanın oğlu Ken-
Canbay adı da çәkilir.43 Keneqes soyundan olan Ken-Canbay vә
ya sadәcә Canbay qazax-noqay eposundan Toxtamış xanın İdiqe
ilә çәkişmәsindә mühüm rol oynayan әyanı vә bahadırı kimi ta-
nışdır. Qazax eposunda o hәm dә müstәqil epik dastanın qәhrә-
manıdır. Adı gah Manasın silahdaşları, gah onun mәğlub etdiyi
rәqiblәrin sırasında44 çәkilәn digәr bahadır Aqışınin adı noqay
murzası Aqişin adı ilә sәslәşir. Tarixi Aqiş Yamqurçinin oğlu idi,
rus salnamәlәrindә vә Noqay ordası knyazlarının nәsil ağacında
xatırlanır.45 Alman imperatorunun Moskvadakı sәfiri Baron Qer-
berşteynin mәlumatına görә, Aqis (Aqiş) öz әmisi oğlu noqay
knyazı Mamayla (rus salnamәlәrindә Musanın oğlu Şıx Mamay)
birgә Krım xanı Mәhәmmәd-Gireylә ittifaqa girәrәk Hәştәrxanı
әlә keçirir (1521–1522); ancaq krımlıların güclәnmәsindәn qor-
xan qardaşlar qәfildәn Mәhәmmәd-Gireyә hücum edir, onu
öldürür, Hәştәrxanda olan ordusunu darmadağın edir vә hәtta qa-
çanları da Perekopadәk tәqib edirlәr.46 Qazax-noqay epik silsilә-
sindә Janqbırşinin oğlu Tel-Aqis әmisi Musa xanın oğlanları ara-
sındakı qanlı çәkişmәlәrdә çox yaxından iştirak edir (“Urak vә
Mamay” qazax poeması), elәcә dә müstәqil bahadırlıq nәğmәsi-
nin qәhrәmanıdır.
“Manas”da noqay epik dastanları ilә sәslәşәn tarixi adların
çoxluğu ilә bağlı qeyd etmәk lazımdır ki, qırğız eposuna görә,
Manasın özü, Radlovda olduğu kimi, sarı noqay tayfasındandır47,
yaxud Vәlixanovda olduğu kimi, “noqayların hökmdarı”dır48 vә
nәhayәt, Orozbakovda olduğu kimi, bütün Manas xan ailәsinin
başçısı Noqay xanın nәvәsidir. “Noqay ordası” öz adını, görünür,
294