Page 295 - jirmunski
P. 295
Xalq qəhrəmanlıq eposu

qüdrәtli Qızıl Orda hökmdarı Noqayın (1300-cü ildә öldürülmüşdür)
adından götürmüşdür. XV–XVI әsrlәrdә әmir Edigeyin nәslinin
hökmranlığı dövründә, xüsusilә dә Qızıl Ordanın süqutundan
(1480-ci il) sonra XV әsrin axırıncı rübündәn XVI әsrin sonları-
nadәk “qıpçaq çöllәri”nin qәrb bölgәlәrindәn Moskva vә Krım
sәrhәdinәdәk türk köçәri tayfaları öz tәrkibindә birlәşdirәn No-
qay ordası Moskva, Kazan, Hәştәrxan vә Krım arasında gedәn
siyasi mübarizәdә, Orta Asiya vә cәnub-qәrbi Sibirin köçәri türk
tayfalarının taleyindә mühüm siyasi rol oynamışdır. Mәhz bu
dövrdә Noqay ordasının tarixi ilә bağlı epik dastanlar Orta Asiya
vә Sibir türk xalqları arasında geniş yayılır, qazax epik rәvayәt-
lәrinin tәrkibinә daxil olur vә qismәn “Manas” qırğız eposunda
da әks olunur. “Noqaylı” sözünün özü Orta Asiya xalqları arasın-
da daha geniş anlamda işlәnmәyә başlayır.49

Manasın arvadı Kanıkeyin adı da, görünür, qazax-noqay epik
әnәnәsi ilә bağlıdır. İdiqe haqqında epik dastan Kanıkey vә Tanı-
keyi Toxtamış xanın qızları kimi tәqdim edir (İdiqe onları qәni-
mәt kimi әlә keçirir). Fars tarixi mәnbәlәri Edigeyin Toxtamışın
qızlarından biri ilә evlәnmәsi vә ondan bir oğlu olması faktını
tәsdiqlәyir. Toxtamışın oğlu Cәlalәddin qoca Edigeydәn mәhz
bu oğlu vә onun anasını girov qoymağı tәlәb etmişdi.50 Rәşidәd-
dinin “Monqolların tarixi” (“Cәmi әt-tavarix”, 1600-cü il) әsәri-
nin kazan-tatar tәrcümәsindә Toxtamışın bu qızının adı da qeyd
olunur: professor İ.Berezinin nәşrindә onun adı – Canıkeydir
(yәqin ki, “Xanıkey” adı sәhvәn belә oxunmuşdur).51 Qazax epo-
sunda Kanıkey vә Tanıkey adları әnәnәvi olaraq düşmәn (adәtәn
kalmık) xanının qızlarının adları kimi işlәdilir. Bu qızlar dasta-
nın qәhrәmanı, qazax bahadırı tәrәfindәn qәnimәt olaraq әlә ke-
çirilir. “Şora-batır” bahadırlıq dastanında kalmık xanı Qarama-
nın bacılarının adları belәdir; Qaramana qalib gәlәn Şora Kanı-
keylә ailә qurur, onun dostu İsim-bay isә Tanıkeylә evlәnir.
“Koblandı-batır”da Kanıkey vә Tanıkey kalmık xanı Alşaqirin
qızlarıdır: onlar Koblandıya әsir düşür vә qәnimәt bölüşdürülәn-
dә onun silahdaşı bahadır Qaramana verilirlәr.52 Ola bilsin ki,
adın vә ya daha doğrusu, “Kanıkey” (әslindә, nәvaziş formasın-

295
   290   291   292   293   294   295   296   297   298   299   300