Page 290 - jirmunski
P. 290
tor Jirmunski

müqayisәsi dә inandırıcı deyil. İtaәt etmәyәn tayfa başçılarının
vә vassalların üsyanı erkәn orta әsr dövrünün tarixi şәraiti üçün
adi hal idi; mәğlub edilmiş hökmdarın arvadı, adәtәn, qalibin qә-
nimәti olurdu vә türk tayfalarının başçıları öz hakimiyyәtinin
nüfuzunu qaldırmaq üçün evlәnmәyә xüsusilә Çin şahzadәlәrini
mәmnuniyyәtlә seçirdilәr. Bununla belә, Almambetin vә Burul-
çinin epik bioqrafiyasının spesifik cizgilәri onların güman edilәn
prototiplәrinin taleyi ilә heç bir uyğunluq tәşkil etmir.

“Manas”da rast gәlinәn ayrı-ayrı coğrafi adlar vә tayfa adla-
rı, ola bilsin ki, Orta Asiyanın türk köçәri tayfalarının tarixinin
Altay-Yenisey dövrünә aiddir, ancaq yenә dә bu hal özü özlüyündә
uyğur fәrziyyәsinin xeyrinә dәlil kimi göstәrilә bilmәz.

Bir mәqamı da nәzәrdәn qaçırmayaq: 840-cı ildә uyğurlarla
mübarizә qәlәbә ilә başa çatsa da, son nәticәdә bu, qırğız xalqı-
nın çoxәsrlik tarixinin yalnız bir epizodu idi. Orxon yazılarından
mәlum olur ki, artıq Altay-Yenisey dövründәn başlayaraq, Orta
Asiya mәrhәlәsinә kimi, xüsusәn dә XVIII әsrin ortalarında kal-
mıklar yenilәrәk Çinә tabe edildikdәn sonra köçәri türk tayfaları,
o cümlәdәn dә qırğızlar Mәrkәzi vә Şәrqi Asiyanın әn qüdrәtli
vә mәdәni feodal dövlәti olan Çinin әsarәti altına düşmәk tәhlü-
kәsi ilә üz-üzә qalmışdılar. “Manas”ın xarici siyasәt orientasiya-
sını mәhz bu tarixi fakt tәşkil edir.

Әlbәttә, belә ehtimal etmәk olar ki, IX–X әsrlәrdә qırğız tay-
falarının çinlilәr, uyğurlar vә digәr qonşu türk tayfaları ilә daimi
hәrbi toqquşmalarla müşayiәt olunan yüksәlişi vә ilk dövlәt bir-
liyinin çiçәklәnmәsi dövrü xalqın yaradıcı yaddaşında qırğız
eposunun “poeziya ümmanı”nda dәfәlәrlә yenidәn işlәnmiş şә-
kildә daxil olan epik nәğmәlәr kimi öz әksini tapmışdır. Lakin
qırğız xalqının keşmәkeşli tarixi hәyatının sonrakı dövrü qırğız
tarixinin әn qәdim dövrü haqqında xatirәlәri onun epik rәvayә-
tindәn silib çıxarmış, ümumxalq әhәmiyyәtli yeni aktual tarixi
mövzuları vә bu mövzu ilә bağlı olan yeni epik qәhrәmanları ön
plana çәkmişdir. “Manas”da çinlilәrlә yanaşı, kalmıklar da qırğız
xalqının qorxulu düşmәnlәridir. Eposun tәqdimatında kalmık
xanları “böyük xaqan”ın – Çin imperatorunun vassallarıdır.

290
   285   286   287   288   289   290   291   292   293   294   295