Page 285 - jirmunski
P. 285
Xalq qəhrəmanlıq eposu
vә o, söylәyicilәrә mәlum olan bütün Orta Asiyanı öz tabeçiliyi-
nә keçirir. Hәrbi ekspansiyanın belә ideyaları qırğız xalq eposu-
nun tayfa vә feodal zadәganlığı ideologiyasına daha çox mәruz
qalan variantlarında xüsusilә daha aydın nәzәrә çarpır ki, bu xid-
mәti dә tez-tez manasçılar yerinә yetirirdilәr.
Manasın bu yürüşlәri onun vә bütün oğuz türklәrinin әfsanә-
vi әcdadı vә hökmdarı olan Oğuz xanın yürüşlәrinә daha çox
bәnzәyir. Dastanın daha sonrakı İslam dövrünә aid variantında
(XIV әsrin әvvәli) Rәşidәddinin “Cami әt-tәvarix”indә vә qis-
mәn Xivә xanı Әbülqazinin hәmin mәnbә әsasında tәrtib etdiyi
“Türklәrin nәsil şәcәrәsi” vә “Türkmәnlәrin nәsil şәcәrәsi” (XVII
әsrin ortaları) adlı әsәrlәrindә göstәrilir ki, Oğuz xan İslamı qә-
bul edib öz hakimiyyәti altında olanlara da İslamı qәbul etdirir
vә Orta Asiyanın bütpәrәstlәrinә qarşı bir çox yürüşlәr hәyata
keçirir; Daşkәndi, Sayramı, Sәmәrqәndi, Buxaranı, Bәlx vә Ka-
bili (indiki Әfqanıstan әrazisi) әlә keçirir, Hindistanın (Kәşmir)
sәrhәdlәrinә qәdәr gәlib çıxır, nәhayәt, Çini (Çin vә ya Hatay),
İranı, Suriya vә Misiri öz hakimiyyәtinә tabe etdirir12. Akademik
V.V.Bartoldun fikrincә, oğuzların bu әfsanәvi hökmdarının işğal-
çı yürüşlәrinin geniş coğrafi әrazini әhatә etmәsi Çingiz xanın
cahanşümul monqol imperiyası yaratmaq perspektivindәn irәli
gәlir.13 Bunlar dastanın daha qәdim islamaqәdәrki (uyğur) vari-
antında yoxdur. “Şәcәreyi tәrakimә”nin dә tәsdiq etdiyi kimi,
Oğuz xan haqqında dastan Orta Asiya әrazisindә XVII әsrdә nә-
inki yazılı, hәtta şifahi şәkildә geniş yayılmışdı. Biz bu epik das-
tanın tәsiri ilә Almambetin epik bioqrafiyasının tәrtibindә qarşı-
laşırıq. Ona görә dә belә bir fәrziyyә irәli sürmәk olar ki, dünya-
nı fәth edәn işğalçı kimi Manas obrazı daha gec formalaşıb vә
Orta Asiyada Oğuz xan haqqında yayılmış әfsanәnin rolu burada
heç dә az olmayıb.
Manasın bu müdafiә xarakterli vә istilaçı yürüşlәri dövrünә
görә әn sonrakı ideoloji tәsdiqini müsәlman xalqlarının (“mömin-
lәr”in) “bütpәrәstlәr”ә qarşı mübarizәsindә tapır. Feodal dövründә
bütün xalqların qәhrәmanlıq eposunda xalqın müstәqillik uğrun-
da milli düşmәnә qarşı mübarizәsindә “möminlәr” ilә “kafirlәr”in
285