Page 281 - jirmunski
P. 281
Xalq qəhrəmanlıq eposu

versiyasında sui-qәsddә altı xan (Karalayevin versiyasında on
iki) iştirak edir: Elemenin oğlu Töştük, qazax Kökçö, Karanoqay
Camqırçı, Әndican xanı Sınçı bәy, Muzburçak (Radlovda әfqan
xanı, Karalayevdә türkmәn) vә Koketeyin yasında Manas tәrә-
findәn tәhqir edilmiş qıpçaq Urbyu; yeddinci kataqanlı Koşoy si-
lahlı mübarizәdә iştirak etmәkdәn imtina edir. Sui-qәsdin sәbәb-
karları Töştük vә Kökçödür. Onların hamısı әvvәllәr Manasın
mәğlub etdiyi vә ya onun hakimiyyәtini könüllü qәbul etmiş tay-
fa başçılarıdır. Onlar özlәrini Manasa bәrabәr tutur vә vәrәsәlik
haqqına malik olduqlarını israrla bildirirdilәr: “Biz Manasa bәra-
bәrik. Atalarımız da bәrabәr olub. Biz onun çığır-bağırına vә
qamçı zәrbәlәrinә dözmәmәliyik”, “Onun qırx çörösünü (qırx si-
lahdaşı) qırıb qurtarmaq lazımdır”, “özünә dә bizim kimi xanları
tәhqir etmәyin nә olduğunu göstәrmәk lazımdır”.

Orozbakovun versiyasında Manas öz gücü vә nüfuzu ilә әv-
vәlcә üsyankar xanların elçilәrini, sonra isә özlәrini qorxuya sa-
lır. Karalayevin versiyasında iş, hәtta xanın qoşunları ilә Mana-
sın drujinası arasında amansız döyüşlәrә qәdәr gәlib çıxır, ancaq
bu döyüşlәrin qarşısını müdrik Bakay ala bilir: Hәr iki halda
xanlar boyun әymәyә mәcbur olurlar vә Manas onları böyük
ümumi mәqsәd naminә – Beycin üzәrinә yürüşә görә birlәşdirir.
Söylәyicilәr bu mәqamda qırğız xalqını әvvәllәr müstәqil olmuş
tayfaları feodal qarşıdurmaları vә tayfalararası çәkişmәlәr әley-
hinә vahid xalq kimi birlәşdirәn Manasın tәrәfindә dayanırlar.
Lakin Qәrbdә xalqların böyük köçü dövründә olduğu kimi, ca-
hillik dövrünün әsgәr mәişәti şәraitindә dә, “Manas” söylәyicisi-
nin hekayәtindә seçilmiş xanın, zәhmli başçı, şan-şöhrәtli baha-
dırın patriarxal hakimiyyәtinin mәnәvi nüfuzu monarxın vә onun
yaxın adamlarının qeyri-mәhdud hökmranlığı, hәrbi diktaturası,
şәxsi qәddarlığı (bu hal tayfa әsilzadlәrinin, ilkin olaraq, müstә-
qil tayfa başçılarının narazılığına sәbәb olur) ilә uzlaşdırılır.

3. “Manas” eposunda hәrbi döyüş hәyatı ilә yanaşı, qırğız
xalqının dinc hәyatını tәsvir edәn mәqamlar, xüsusilә ziyafәt vә
el şәnliklәri dә mühüm yer tutur. Adәt-әnәnәyә uyğun olaraq be-
lә bayramlar vә qonaqlıqlar insan hәyatının bütün mәrhәlәlәrini

281
   276   277   278   279   280   281   282   283   284   285   286