Page 279 - jirmunski
P. 279
Xalq qəhrəmanlıq eposu

2. Süjetin inkişafının başqa bir xәttini Manasın ona tabe ol-
maq istәmәyәn әyan vә qohumları ilә çәkişmәlәri tәşkil edir.

Qan qohumları arasındakı çәkişmәlәr patriarxal qohumluq
münasibәtlәrinin dağılmağa başladığı zaman üçün kifayәt qәdәr
geniş yayılmış barbar dövrünün hadisәlәrindәn biri kimi qәhrә-
manlıq eposunda bir neçә süjetdә öz әksini tapır vә bu hal belә
ictimai mәrhәlә üçün tipik sayılır (mәsәlәn, müqayisә edәk: al-
manların Nibelunqlar haqqındakı dastanı ilә).

Qırğızların tәfәkküründә Manas xalqın azadlığı vә müstәqil-
liyinin möhkәm tәmәli kimi, xalq birliyinin tәcәssümüdür. Ona
görә dә eposda tayfalararası çәkişmәlәr, Manasa tabe olmayan
qohumlarının ona qarşı mübarizәsi eqoist, tamahkar maraqların,
mәkr vә әdavәtin tәzahürü kimi öz әksini tapır. Kalmıkları vә
çinlilәri mәğlub edәn gәnc Manas qırğızların keçmiş müstәqilli-
yini bәrpa edir, babası Noqayın düşmәnlәr tәrәfindәn didәrgin
salınmış övladları bir yerә yığıb öz hakimiyyәti altında birlәşdi-
rir. Çakıpın qardaşları, Bay, Orozda, Közkaman öz oğlanları ilә
sürgündәn qayıdır. Ancaq yalnız Bayın oğlu Bakay Manasın na-
muslu silahdaşına vә müdrik mәslәhәtçisinә çevrilir. Qalan әmi-
oğluları – Orozdanın 10 dәliqanlı oğlu, Közkamanın 5 oğlu Ma-
nasın qüdrәtinә paxıllıq edir vә ona qarşı gizli planlar qururlar.
Manas sakitlәşmәk bilmәyәn әmiuşaqlarına qarşı sәbir vә tәm-
kin nümayiş etdirir, onları bağışlayır, ancaq hәr dәfә dә onların
qurduğu tәlәnin qurbanına çevrilir. Orozdanın vә Közkamanın
oğlanlarından başqa, Beycinә möhtәşәm yürüş zamanı Manasın
әleyhinә onun kalmık qadından olan kiçik ögey qardaşları Aböke
vә Köböş dә üsyan qaldırır. Manas vәfat edәndәn sonra onlar Ça-
kıpın kömәkliyi ilә Talasda hakimiyyәti әlә alıb Kanıkeyi әlә ke-
çirmәyә vә Manasın qanuni varisi olan Semeteyi öldürmәyә
cәhd edirlәr.

Epik әnәnәdәki epizodların bu seriyasından daha çox Radlo-
vun iki variantda qeydә aldığı (biri “Manasın ölümü” başlığı al-
tında) “Közkaman vә oğlanlarının sui-qәsdi”dir. Manasın mәkrli
qohumları Közkaman vә oğlanları onu silahdaşları ilә birgә qo-
naqlıqda zәhәrlәmәk qәrarına gәlirlәr. Can verәn Manası bu za-

279
   274   275   276   277   278   279   280   281   282   283   284