Page 283 - jirmunski
P. 283
Xalq qəhrəmanlıq eposu
Balaca Manas atası Cakıpın at ilxısına hücum etmiş qәsbkar
kalmıklara qarşı ilk dәfә müqavimәt göstәrmәk qәrarına gәlir.
İlk qәlәbәdәn sonra qırğızlar gәnc Manası özlәrinә xan seçirlәr.
Pәrәn-pәrәn düşmüş, qovularaq әtrafa sәpәlәnmiş qohumları,
atasının qardaşları (Bay, Orozdu, Közkaman) vә onların oğlanla-
rı, sonra isә dost vә eyni dinә xidmәt edәn türk tayfaları (qazax-
lar, naqaylar, noyqutlar vә b.) öz başçıları vә xanları ilә (Koşoy,
Kökçö, Çamqırçı, Cubak vә b.) onun hakimiyyәtini qәbul edir-
lәr. Dastanın daha qәdim variantlarında bu birlikdәn öncә (Ma-
nasın Kökçö, Töştüq, Çamkırçı vә başqaları ilә Radlovun versi-
yasında, Koşoyla Orozbakovun versiyasında tәkbәtәk döyüşlәri)
hәmin tayfalar arasındakı toqquşmalara işarә edilir.
Bununla da Manasın bütün Orta Asiya xalqlarını öz hakimiy-
yәti altında birlәşdirmәsiylә qırğız söylәyicilәrinin diqqәt mәr-
kәzinә keçәn yürüşlәri başlayır: Koşoyla ittifaqda (Bu ölkәnin
Çin feodal hakimlәrinin “on bir duu-duuneyә qarşı müharibәsi”)
Şәrqi Türküstana, Qәrbi Türküstana (İssık-Kul gölünün vә Çu
çayının sahillәrindәn, Almatıdan vә Talasdan Namanqa vә Әn-
dincana, Daşkәndә vә Manasın özünә nişanlı gәtirdiyi uzaq Bu-
xaraya qәdәr) yürüşlәr, Әfqanıstan yürüşlәri vә nәhayәt, Çinә
qarşı Beycinin işğalı ilә bitәn Böyük yürüş (“Çonq qәzavat”).
Orozbakovun variantında Manasın Beycinә böyük-kiçik yürüşlә-
ri vә söylәyicilәrin sonrakı yaradıcılığının nәticәsi olaraq şimala
vә qәrbә etdiyi qeyri-әnәnәvi yürüşlәri dә nәzәrә almaqla ümumi
sayı ona bәrabәrdir.
İlk növbәdә bu yürüşlәr qırğız xalqının digәr tayfalar tәrәfin-
dәn mәruz qaldığı çoxәsrlik әsarәtә qarşı mübarizәsi vә müstә-
qilliyi uğrunda mübarizә kimi verilir. Belә ki, bu tayfalar hәlә
yaxın tarixәdәk onların hakimiyyәti altında olan qırğızlar üzә-
rindә öz hakimiyyәtini bәrpa etmәyә tam hazır idilәr. Müxtәlif
tayfaları tәmsil edәn bu düşmәnlәr söylәyicilәrin tәsәvvüründә
bütpәrәstlәrdәn ibarәt federasiya yaradırlar. Bu müxtәlif tayfalar
kalmıklar vә çinlilәrlә әlaqә yaradıb sanki bütpәrәst federasiya
yaratmışdılar, bununla belә, Manas vә onun әsas müttәfiqlәri
olan “Böyük Çin”in vassal asılılığındadılar.
283