Page 282 - jirmunski
P. 282
tor Jirmunski

müşayiәt edir: uşağın doğulması, toy mәrasimi, dәfn mәrasimi;
bunlar düşmәn üzәrindә qәlәbәdәn sonra ümumxalq tәntәnәsinә
çevrilir. Bir-biri ilә çoxsaylı qohumluq әlaqәlәrindә olan müxtә-
lif tayfa vә qohumların iştirak etdiyi qırxgünlük qonaqlıqlarda
qәdim adәt-әnәnәlәr yada salınır, tanınmış bahadırlar yemәk-iç-
mәkdә bir-biri ilә yarışır, pәhlәvanlar döyüş ustalıqlarını göstә-
rirlәr: buraya cıdır yarışları, oxatma, gülәş, cida yarışı (saiş) vә s.
kimi döyüş ustalıqlarından bәhs edәn söylәyicilәr qәhrәmanların
şücaәtini tәrәnnüm edirlәr. Orozbakov “Manas”ında belә qonaq-
lıqlar vә el şәnliklәri silsilәsini qәhrәmanın doğulduğu gündәn
ölümünә qәdәr olan süjet müşayiәt edir: Xüsusi ilә dә geniş tәs-
vir olunmuş belә qonaqlıqlar, adәtәn növbәti uğurlu yürüş vә
“kafirlәr” üzәrindә çalınmış daha bir qәlәbә ilә başa çatır.

Belә el şәnliklәrindәn müstәqil süjet hissәsi kimi bilavasitә
Beycin üzәrinә Böyük yürüşdәn әvvәlә tәsadüf edәn “Koketeyin
yası”nı qeyd etmәk olar. Bu sәhnә qırğız eposunda daha geniş iş-
lәnmiş vә çox populyar olan epizodlardan biridir. Epizod hәqiqәti
әks etdirәn mәişәt reallıqları ilә seçilir vә dәfәlәrlә mahnı әnәnә-
sindә öz tәsdiqini tapıb (xüsusilә Vәlixanovun vә Radlovun
köhnә qeydlәrindә).

4. Qәhrәmanlıq eposunun әn mühüm epizodlarını, başqa
sözlә, әsas süjet parçasını Manasın yürüşlәri, onun qәzavatı tәş-
kil edir. Bu yürüşlәrin tәrkibi Manasın bizә mәlum olan versiya-
larında müxtәlifdir. Ancaq bu epizodlar Orozbakovun versiya-
sında daha dolğun göstәrilib.

Bu versiyaya görә, Manasın epik bioqrafiyası әslindә elә
onun qәhrәmanlıq mübarizәsidir. O, әvvәlcә qırğız xalqının azad-
lığı, müstәqilliyi vә birliyi uğrunda mübarizә aparır, sonra isә
onun qüdrәti, gücü vә geniş hәrbi ekspansiyası uğrunda vuruşur.
Dastanın әvvәlindә kalmıklar vә çinlilәr tәrәfindәn qәsb olunub
әzilәn qırğızlar öz siyasi müstәqilliyini itirir, dağınıq halda ya-
dellilәrin hakimiyyәti altında yaşayır, düşmәnlәrinin onları al-
çaltmasına vә tәhqirlәrinә mütiliklә dözür, milli simalarını itirә-
rәk yadellilәrin, bütpәrәstlәrin adәt-әnәnәlәrini qәbul etmәli olur-
lar (Közkaman vә oğlanları).

282
   277   278   279   280   281   282   283   284   285   286   287