Page 287 - jirmunski
P. 287
Xalq qəhrəmanlıq eposu

improvizatorların ifasında şifahi şәkildә nәsildәn-nәslә ötürülәn
“Manas” dәfәlәrlә yenidәn tәrtib olunmuş, qırğız xalqının iki
minillik qәdim tarixi yeni tarixi hadisәlәr, adlar, ideya vә obraz-
larla süslәnmişdir.

İnkişaf etmәkdә olan feodal münasibәtlәri şәraitindә saxlan-
mış patriarxal-icma tәrzi vә köçәri döyüşçü mәişәti, azadlığını,
müstәqilliyini, hәtta hәyatını tәhdid edәn daha güclü qonşulara
qarşı azsaylı qırğız xalqının qәhrәmancasına mücadilәsi – bütün
bunlar qırğızların mәşhur qәhrәmanlıq eposunun yüksәlişini şәrt-
lәndirәn zәmin rolunu oynamışdır.

Mәlum olduğu kimi, qırğızlar yazılı mәnbәlәrdә qeyd olunan
әn qәdim türk xalqlarından biridir. Çin tarixçilәrinin onlar haq-
qında ilk qeydlәrini akademik V.V.Bartold b.e.ә. 201-ci ilә aid
edir.17 Yeniseyin yuxarı axarında (Şimal-Qәrbi Monqolustan vә
Cәnubi Sibir) qırğız köçәri cәmiyyәti haqqında VI–IX әsr Çin
tarixi salnamәlәrindә bir çox mәlumatlar yer almışdır. Türk yazı
mәdәniyyәtinin әn qәdim nümunәlәrindә Altayın әtәklәrindә vә
Şimal-Qәrbi Monqolustanda qüdrәtli köçәri tayfa birliyi olan
Türk Xaqanlığının tarixinә aid VI–IX әsrlәr Orxon-Yenisey runa
yazılarında da qırğızlar haqqında saysız qeydlәrә rast gәlinir.18
Bu yazıların bir hissәsi qırğızlardan qalmışdır.19

IX әsrin ortaları çinlilәr vә qonşu türk tayfaları, xüsusilә uy-
ğurlarla mübarizәdә qırğız köçәri dövlәtinin geniş hәrbi ekspan-
siya dövrü, “böyük qırbız dövlәtçiliyi” dövrü (V.V.Bartoldun20
sözlәri ilә) idi. Qırğız eposunun ilk tәdqiqatçıları “Manas”ın
mәhz bu dövrdә yarandığını iddia edir, qәhrәmanlıq xarakterli
mәzmununa vә üslubuna görә Türk Xaqanlığı dövrünün (VIII
әsr) Kül-Teqini, Tonyü-Kuku vә digәr qәdim hәrbi sәrkәrdәlәri-
ni mәşhurlaşdıran Orxon-Yenisey qәbirüstü yazıları ilә müqayi-
sә edirlәr.21 Bu ehtimal eposun minillik tarixi vә bu tarixin geniş
qeyd oluması ilә bağlı maraqlı ideyanın yaranmasına sәbәb oldu.

A.N.Bernştamın fikrincә, qırğız epopeyasının әn qәdim his-
sәsi Beycin üzәrinә Böyük yürüşlә bağlıdır. Guya bu, Orxon vә
Tola çayları (şimal-qәrbi Monqolustanda) әrazisindә qırğızların
uyğurlar üzәrindә parlaq qәlәbәsi vә uyğur dövlәtinin süqutu

287
   282   283   284   285   286   287   288   289   290   291   292