Page 292 - jirmunski
P. 292
tor Jirmunski

başçılığı altında Semireçyeyә basqınlar tәşkil edir, Daşkәnd,
Sayram vә Türküstana (1514 il), digәr tәrәfdәn isә Şәrqi Türküstan-
da Qaşqar vә Yarkәndә qәdәr (1558–1680-cı illәr) gedib çıxırlar.
“Qırğızlar xüsusilә XVII әsrin birinci yarısında Şәrqi Türküsta-
nın şimal hissәsini vә Fәrqanәni nәzarәt altına alırlar”. “XVII әs-
rdә qırğızlar Pamiri әlә keçirir, 1653-cü ildә isә Qarategin vә
Qissarı tutub, hәtta Bәlxә, yәni Әfqanıstana çatırlar. Orada qır-
ğızların bir qrupu indiyәdәk yaşayır”.33

Belәcә, Manasın yürüşlәri üçün ilkin şәrait yaranır vә bu
yürüşlәrin coğrafi çәrçivәsi genişlәnir. Professor Bernştam bunu
etiraf etmәyә mәcbur idi: “qırğız tarixinin bu mәrhәlәsi dә “Ma-
nas” eposunda öz әksini tapmışdır. Bundan başqa, XVII әsr hadi-
sәlәrinin әtraflı epik ifadәsindә b.e. IX–X әsrlәrinә aid ilk qәhrә-
manlıq dövrünün izlәri görünür”.34

Belәliklә, kalmık müharibәlәri dövrü, xüsusilә XVI–XVII
әsrlәr “Manas”ın tarixi süjetinin yaranmasına sәbәb olmuşdur.

Bütün bu zaman müddәtindә qazaxlar qırğızların әn yaxın
qonşuları, bir sıra hallarda isә müttәfiqlәri vә yürüşlәrinin işti-
rakçısı olmuşlar. XVI әsrin birinci yarısında qazax xanları Tahir
vә Haqq-Nazarın dövründә qırğızlarla qazaxlar vahid köçәri si-
yasi dövlәt birliyi tәrkibindә sıx müttәfiq olmuşlar. Haqq-Nazar
öz uşaqlıq vә gәnclik illәrini noqayların arasında keçirmişdi;
onun dövründә qazaxlarla Noqay ordası arasında sıx әlaqәlәr ya-
ranmışdı.35 Haqq-Nazarın ölümündәn sonra (1580-ci il) qazax-
larla qırğızlar artıq bir xanın hakimiyyәti altında birlәşmәdilәr.36
Lakin onların sıx әlaqәdә olduğu dövr XV әsrin ikinci yarısı –
XVI әsrә aid edilәn qazax-noqay eposu qәhrәmanlarının bir çox
tarixi adları ilә “Manas”da әks olunmuşdur. Bu qәhrәmanlar vas-
sal xanların sırasına daxildirlәr. Onlar, qırğız eposuna görә,
müstәqil tayfa başçılarıdır vә müxtәlif şәraitdә Manasa tabe ol-
muşlar. Başqa sözlә desәk, onlar “Manas” silsilәsinә kәnardan
daxil olmuşlar.

Demәli, “Manas”da Әr-Kökçö qazax xanıdır, Manasın tәk-
bәtәk döyüşdә mәğlub etdiyi qәmbәr xanın nәslindәn Aydar xa-
nın oğludur. Qazax eposunda isә bahadır Әr-Kökşü Qәmbәr xa-

292
   287   288   289   290   291   292   293   294   295   296   297