Page 289 - jirmunski
P. 289
Xalq qəhrəmanlıq eposu

ğur dövlәtinin süqutu ilә başa çatmışdır), Manasın özünün isә bu
yürüşә başçılıq etmiş vә 847-ci ildә vәfat etmiş qırğız xanı ilә
eynilәşdirilmәsi.

2. Yaqlakar hipotezi – bu qırğız xanının Çin mәnbәlәrindә
adı olmayan, qәbirüstü daşı Suca tәbii sәrhәdindә tapılmış Yaq-
lakar ilә eynilәşdirilmәsi. Professor S.Y.Malovun inandırıcı şәr-
hindәn sonra Yaqlakar fәrziyyәsinә son qoyuldu. Belә ki, S.Y.Ma-
lov qәbirüstü yazıda “Yaqlakar xan ata” sözünü xüsusi isim kimi
izah etmişdi (professor Bernştamın tәrcümәsindә: “atam mәnim
Yaqlakar xan”). S.Y.Malovun fikrincә, yazı belә oxunmalıdır:
“…mәn, Yaqlakar xan-ata gәldim” (“kelti” yox, “keltim”). S.Y.Ma-
lov göstәrdi ki, yazının sonrakı sәtrindәn mәlum olduğu kimi,
Yaqlakar xan yox, qırğız әyanı idi (“buyuruk”).24 Bu yazını aka-
demik V.V.Bartold da oxşar tәrzdә şәrh etmişdi. Onun sözlәrinә
görә, bu yazı “uyğurların ölkәsindә yaşamış qırğız mәnşәli әya-
nın adından” tәrtib olunmuşdur.25

Lakin Manasın fәrziyyәyә әsaslanan prototipinin adı mәsәlә-
si qırğız eposunun tarixi mәnşәyi problemi üçün ikincidәrәcәli
әhәmiyyәt kәsb edir. Ancaq “uyğur” fәrziyyәsi dә faktlarla tәs-
diq olunmur. Biz “Manas”da Böyük yürüşün uyğurlara qarşı hә-
yata keçirilmәsi haqqında heç bir işarә tapmırıq. Qırğız söylәyi-
cilәrinin tәsvirindә Beycin çoxdan unudulmuş uyğur xaqanının
Beş Balıq iqamәtgahı yox, Şәrqin hegemonu, öz tükәnmәz var-
dövlәti, әhalisi, özünün çoxәsrlik mәdәniyyәti vә sirli müdrikliyi
ilә mәğlubedilmәz, әzәmәtli, böyük Çin dövlәtinin möhtәşәm
paytaxtıdır. Onu da qeyd edәk ki, türk xalqlarının nә vaxtsa uy-
ğur paytaxtını Beytin çin adı ilә adlandırması çәtindir. Çünki ar-
tıq Orxon yazılarında (onun dağılması әrәfәsindә) şәhәr “Beş
Balıq” türk adı ilә xatırlanır (713-cü il). Digәr tәrәfdәn, Çinin
qәdim paytaxtı Beycin (sonrakı tәlәffüzdә – Beypin vә ya Pekin)
bu adı “şimal paytaxtı” anlamında yalnız 1425-ci ildәn daşıyır
(Nankin – “cәnub paytaxtı”nın әksinә). Qırğız eposu da şәhәri
bu adla tanıyır.

Almambetin satqın uyğur әyanı Göylü Baqa vә onun sevgili-
si Burulçinin uyğur xaqanının arvadı Çin şahzadәsi Tayxo ilә

289
   284   285   286   287   288   289   290   291   292   293   294