Page 293 - jirmunski
P. 293
Xalq qəhrəmanlıq eposu

nın oğludur; o, qaraqıpçaq Koblandı batırla döyüşdә hәlak olur.37
Vәlixanov qazax bahadırı Әr-Kökşünü Nikonov salnamәsindә
adı keçәn vә 1423-cü ildә Kuydaş xanın Odoyev dağına hücumu
zamanı öldürülmüş tatar bahadırı Koqçü ilә eynilәşdirir. (“Qüdrәt-
li, azman tatar bahadırı Koqçünü dә elә onda öldürürlәr”).38

Maraqlıdır ki, elә hәmin qazax bahadırlıq nәğmәsindә (Rad-
lov yazıya almışdır) Ağ-Kula atlı Manaşa Әr-Kökşünün dostu vә
silahdaşıdır.39 Burada adların oxşarlığı qırğız eposunun qazax
eposuna әks tәsirindәn xәbәr verir.

Qazax eposunda Manaşa, görünür, 1906-cı ildә mәşhur qa-
zax akını Kazakpayın repertuarından qeydә alınmış müstәqil
epik dastanın qәhrәmanıdır.40 “Manaşın oğlu Tuyakbay” qazax
dastanında Manaşın öldürülmәsi vә oğlunun intiqam almasın-
dan söz açılır.41 Dastan 1942-ci ildә qoca akın Muruna-jiraunun
ifasında qeydә alınmış “40 noqay bahadırı” silsilsinә daxildir.

Qazax epik dastanlarına görә, öldürülmüş Әr-Kökşünün inti-
qamını oğlu gәnc bahadır Әr-Kosay alır. Onun adının qoca Kata-
qan soyundan olan Koşoyla üst-üstә düşmәsi, ola bilsin ki, tә-
sadüfi deyil. Qırğız eposunda Koşoy çox milli koloritә malik fi-
qurlardandır, Manas, Almambet vә Bakayla bir sırada durur. La-
kin Koşoy haqqında epik dastan silsilәsi, dastandan göründüyü
kimi, әvvәllәr onun Manasla bağlı olan bioqrafiyasının epizodla-
rından daha geniş idi.

Manasın digәr silahdaşı Qaranoqay Camqırçı onun özünә ta-
be etdiyi xanlardandır. Bu adı daşıyan bahadır qazax-noqay epo-
sundan Janqbırşi adı ilә yaxşı mәlumdur; o, Noqay ordasının
murzası, Musa xanın qardaşı vә Edigeyin nәvәsidir. Tarixi Yam-
qurçi, onun böyük qardaşı Musa kimi, Edigeyin nәticәsidir vә
rus salnamәlәrindә Noqay ordasının murzası kimi dәfәlәrlә xa-
tırlanır. Onlar Rus dövlәtindә tatar hökmranlığına son qoyulması
ilә bağlı hadisәlәrdә çox yaxından iştirak etmişlәr: öz qohumları
xan İvak Şabanski (tümen tatarlarının xanı) ilә birgә III İvan
dövründә Moskvaya uğursuz hücumundan sonra Uqra çayından
geriyә çәkilәn sonuncu Qızıl Orda xanı Әhmәdin qәrargahına
hücum etmiş, oranı dağıtmış vә xanın özünü öldürmüşdülәr (6

293
   288   289   290   291   292   293   294   295   296   297   298