Page 288 - jirmunski
P. 288
tor Jirmunski

(Çin mәnbәlәrinә görә, 840-cı ildә) ilә bağlı tarixi qeydlәrә әsas-
lanır. Professor Bernştam bu hadisәni Seleng çayı әrazisindә Su-
ca tәbii sәrhәdindә tapılmış qırğız qәbirüstü daşındakı yazı ilә
әlaqәlәndirir. Bu yazının ilk cümlәsi, onun şәrhinә görә, belә
oxunur: “Yaqlakar xan ata uyğurların torpağına gәldi”. Professor
Bernştam Yaqlakar xanı uyğur dövlәtini 840-cı ildә süquta uğra-
dan qırğız xanı ilә eynilәşdirir. Әgәr belәdirsә, onda Çin mәnbә-
lәrindә adı keçmәyәn hәmin qırğız xanının ölüm tarixi Çin sal-
namәlәrinә görә 847-ci ilә tәsadüf edir.22

Professor Bernştam uyğurları mәğlub edәn Yaqlakar xanı
Manasın tarixi prototipi hesab elir. Manasın Beycin üzәrinә
Böyük yürüşü Yaqlakarın uyğurlara qarşı yürüşüdür. Uyğurların
paytaxtı Beş-Balıq Çin mәnbәlәrindә Beytin adlandırılır. Sonra-
dan söylәyicilәr Beytini Beycin kimi dәyişmişlәr. IX әsrdә Uy-
ğur dövlәtinin süqutunda daxili çәkişmәlәr dә böyük rol oyna-
mışdır. Göylü Baqa (839-cu il) adlı bir uyğur xaqana qarşı üsyan
qaldırır vә uyğur xaqanının qәrargahını qırğızlara nişan verir.
Professor Bernştamın fikrincә, İslamı qәbul etmiş vә Manasın
önündә Beycinә aparan yolu açmış Çin şahzadәsi Almambet ob-
razının tarixi prototipi hәmin bu Göylü Baqadır. Qırğızlarla
döyüş zamanı uyğur xaqanı Çjan-Sin öldürülür, onun arvadı,
mәnşәcә Çin şahzadәsi Tayxo qaliblәrә әsir düşür. A.N.Bernştam
“Manas”da Çin mәnbәlәrindә qeyd olunmuş hәmin tarixi epizo-
dun izlәrini tapır; әsәrdә Esen xanın qızı, Almambetin gizlicә İs-
lamı qәbul etmiş sevgilisi, çin şahzadәsi Burulçi qaliblәrә әsir
düşür vә Manas çinlilәri mәğlub etdikdәn sonra Almambetin ar-
vadı olur. Bir sıra digәr xüsusi (coğrafi vә tayfa) adlar vә “Ma-
nas”ın ayrı-ayrı motivlәrini Bernştam elә hәmin mülahizәnin
ümumi zәminindә, qırğızların hәlә Yaqlakar xanın dövründә Ye-
niseyin yuxarı axarında olan ilk vәtәnindә formalaşmış eposun
qәdim qatları haqqında hipotezaya әsaslanaraq izah edir.23

Professor Bernştamın әsaslandırmaları bir-birini tamamla-
yan iki hissәdәn ibarәtdir:

1. Uyğur hipotezi – Manasın çinlilәrә qarşı Beycin üzәrinә
Böyük yürüşü qırğızların uyğurlara qarşı yürüşü (840-cı ildә Uy-

288
   283   284   285   286   287   288   289   290   291   292   293