Page 284 - jirmunski
P. 284
tor Jirmunski

Başqa bir motiv qırğızların Altaydan vә Sibirdәn Orta Asiya-
ya, İssık-Kul gölü vә Talas vadisinә “qayıtması”dır. Bu yerlәr
söylәyicinin tәsәvvüründә “Manasın babası Noqay xanın haki-
miyyәti (qızıl dövr) dövründә qırğızların әzәli vәtәni idi. Noqa-
yın zәif vә bacarıqsız oğlanları mәhz buradan kalmıklar vә çinli-
lәr tәrәfindәn güclә qovulmuşdur. İndi onlar bu yerlәrә No-
qoayın nәvәsi Manasın başçılığı altında qalib kimi qayıdırlar. Ta-
las Qırğız dövlәtinin mәrkәzinә çevrilir vә Manas öz qәrargahını
bura köçürür.

Ancaq vәtәni yadellilәrdәn qorumaq kimi müqәddәs motiv
istәnilәn eposun hәrbi qәhrәmanlıq salnamәsindә, onu yaradan
ictimai gerçәklikdә olduğu kimi, qonşulara qarşı aparılan, öz
növbәsindә müstәqillik itkisini daha zәif, hәrbi әsarәt vә istisma-
rın әn ağır formaları ilә tәhdid edәn müharibәlәrlә sıx әlaqәlidir.

Barbar cәmiyyәtinin yüksәk mәrhәlәsindә hәrbi demokratiya
üçün patriarxal – ibtidai quruluşun dağıldığı dövrdә F.Engelsin
tәbirincә “müharibә vә müharibә üçün tәşkilat xalq hәyatının
normal funksiyalarından birinә çevrilir. Әvvәllәr yalnız hücum-
ların qisasını almaq vә ya kifayәt etmәyәn әrazini genişlәndir-
mәk mәqsәdilә aparılan müharibә indi yalnız istila vә qarәt mәq-
sәdilә aparılır, daimi peşәyә çevrilib”11. “Bizim yaxşı bәslәnmiş
atlarımız hәrәkәtsiz qalıb, döyüşçülәrimiz isә işsiz darıxırlar” –
Manasın vә ya Semeteyin öz silahdaşlarını yeni qәhrәmanlıqlara
çağırarkәn işlәtdiklәri әsas formuldur. Müharibә hәrbi sәrkәrdә-
yә vә onun qoşununa zәngin qәnimәt, mal-qara sürüsü, qullar,
gözәl-göyçәk kәnizlәr, saysız-hesabsız var-dövlәt qazandırır.
Xüsusilә dә böyük köç dövründә Qәdim Dünyanın paytaxtı Ro-
ma şimaldan çoxsaylı barbar xalqlarının dәhşәtli hücumlarına
mәruz qaldığı kimi, çoxmilyonlu әhalisi olan qәdim, müdrik,
zәngin Çinin paytaxtı Beycin döyüşkәn köçәri xalqları saysız-
hesabsız xәzinәlәri vә çoxәsrlik mәdәniyyәt nümunәlәri ilә diq-
qәti özünә cәlb edirdi.

Belәliklә, vәtәni müdafiә motivi “Manas”da yavaş-yavaş
böyük fatehin yürüşü motivinә, başqa sözlә, xalqların böyük
köçü dövrünün barbar imperiyasının әfsanәvi banisinә çevrilir

284
   279   280   281   282   283   284   285   286   287   288   289