Page 275 - jirmunski
P. 275
Xalq qəhrəmanlıq eposu

Qırğız eposunu digәr xalqların milli epik dastanlarından fәr-
lәndirәn әsas cәhәt epik hökmdarın mәrkәzi fiquru әtrafında epik
dastanların bioqrafik dövrlәşdirmә prinsipinin ardıcıl surәtdә hә-
yata keçirilmәsindәn ibarәtdir. Eyni zamanda bu epik hökmdar
öz xalqının ilk әn güclü pәhlәvanı, onun qәhrәmanlıq simvolu-
dur. Böyük Karla vә onun saray әyanlarına hәsr olunmuş qәdim
fransız epik poemalarında, knyaz Vladimir vә onun pәhlәvanla-
rına hәsr olunmuş rus bılinalarında, dünya eposuna xas digәr
çoxsaylı әsәrlәrdә dә epik hökmdar vә onun sarayı ideal mәrkәz
rolunu oynayır vә hökmdarın pәhlәvanları, drujinniklәri vә ya
vassalları bu ideal mәrkәz әtrafında birlәşirlәr; ancaq bu birlәş-
mәnin tәrkibinә daxil olan pәhlәvanların hәr biri müstәqil epik
dastanlardan birinin qәhrәmanı olur vә yalnız formal olaraq bu
mәrkәzә birlәşdirilir. Әksinә, “Manas”da bu möhtәşәm eposun
zәngin mәzmunu vә rәngarәng çalarları әfsanәvi hökmdarın epik
bioqrafiyasının genişliyindә özünә yer tapır. Bu bioqrafiya
hökmdarın döyüşü ilә başlayır, ölümü ilә bitir. Buraya onun qır-
ğız xalqının düşmәnlәrinә qarşı etdiyi yürüşlәr, evlәnmәsi, ona
tabe olmaq istәmәyәn hiylәgәr vә qәddar qohumları, üsyankar
vassalları da daxildir. Hәmin epik bioqrafiya genealoji dövrlәş-
dirmә prinsipi ilә hökmdarın oğlu vә varisi Semetey vә nәvәsi
Seytek ilә davam etdirilir.

Şübhәsiz ki, bu birlik ilk deyil: bu birlik eposun uzun yaran-
ma prosesi nәticәsindә meydana gәlmişdir. Bu prosesdә bir tә-
rәfdәn Manasın epik bioqrafiyası daxildәn genişlәndirilmiş, tәk-
millәşdirilmiş vә epos üçün adi sayılan bioqrafik motivlәr (sehrli
doğuluş, uşaqlıq vә s.) vә onun yürüşlәrinin sistemlәşdirilmәsi
daxil edilmәklә başa çatdırılmışdır. Digәr tәrәfdәn, bu ümumi bio-
qrafiyaya әvvәllәr müstәqil tayfalara mәxsus dastan, yaxud ba-
hadır nağıllarının qәhrәmanları olmuş digәr pәhlәvanların (qoca
Koşoy, Kökçö, Әr-Teştük, Çubak, Almambet, kalmık pәhlәvanı
Colay vә b.) şücaәtlәri dә daxil edilmişdi. Qırğız manasçılarının
ifasında dastanın әn böyük epizodları (“Koketeyin yas mәrasi-
mi” “Manasın evlәnmәsi”, “Közkamanı”, “Almambetin gәlişi”,
“Böyük yürüş” vә s.) indiyәdәk dә nisbi müstәqilliyini, bәzi hal-

275
   270   271   272   273   274   275   276   277   278   279   280