Page 271 - jirmunski
P. 271
Xalq qəhrəmanlıq eposu
on ildәn çox Sibirdә sürgündә olmuşdur.68 Özbәk söylәyicisi
Nurman Abduvayoğlu (1862–1940) “Namaz” poemasına görә
zindana atılmışdı. Bu poemada o, üsyankar igidi müasir Qoroğlu
kimi tәrәnnüm edir, onun şücaәtlәri haqqında oxuyurdu. O, zin-
dandan tamamilә şikәst halda, bir daha dastan vә nәğmә ifa et-
mәmәk şәrtilә buraxılmışdı.
Qazax akın-improvizatorları haqqında Muxtar Auezov yazır:
“Xalq yaradıcılığı hәyatdan geri qalmır, hәyatla yanaşı addımla-
yır. Keçmişdә bütün xalqlarda hәm faciәlәr, müharibәlәr, üsyan-
lar, hәm dә mәrasimlәr, döyüşlәr vә şәnliklәr nәğmәlәrlә müşa-
yiәt olunurdu. Bütün bu hadisәlәr akından, iştirakçı vә ya şahid-
dәn nәğmәnin dәrhal ifa edilmәsini tәlәb edirdi”.
Orta Asiyanın mәşhur söylәyicilәrinin müstәqil yaradıcı im-
provizasiya bacarığı onlara sovet dövrünün böyük inqilabi hadi-
sәlәrinә yeni poetik әsәrlәrlә cavab vermәk imkanı yaradırdı.
Sovet dövrünün böyük xalq şairi, qoca qazax akını Cambul şifa-
hi xalq poeziyasının çoxәsrlik әnәnәsindәn çıxmış belә ifaçı-
improvizatorlardandır. Onunla birgә müasir mövzulara aid epik
dastanlar yaratmış qazax akını Nurpeys Bayqaninin, qırğız Tok-
toqul Satılqanovun, özbәk şairlәri Fazil Yuldaşevin, Erqaş Cu-
manbülbüloğlunun vә bir çox başqalarının da adlarını çәkmәk
olar. Onların yaradıcılığında qәdim xalq sәnәtinin әnәnәvi for-
maları yeni müasir ictimai mәzmun almış, keçmişin epik qәhrә-
manlığı bizim günlәrin qәhrәmanlığı ilә qaynayıb-qarışmışdır.
Xalq poeziyasının yayılma yolları da dәyişmişdir. Çox da
böyük olmayan auditoriya qarşısında şifahi ifaya radio, minlәrlә
tirajla yayımlanan kitab vә qәzetlәr dә әlavә olunur. İfaçı-impro-
vizatorun yazılı vә ya çap formasında qeydә alınmış orijinal mәt-
ni rus dilinә vә bәzәn Sovet İttifaqına daxil olan digәr xalqların
dillәrinә tәrcümә olunur, belәliklә, Cambulun әsәrlәri ümumitti-
faq, hәtta dünya şöhrәti qazanır. Demәli, qәdim dövrün ifaçı-
improvizatoru sovet dövrünün yeni tipli xalq şairinә çevrilir.
271