Page 268 - jirmunski
P. 268
tor Jirmunski

Belә müsәlmanlaşdırılmanın izlәrini biz tәkcә Fazilin dilin-
dәn yazıya alınmış sonrakı “Rüstәm xan” xalq dastanında deyil,
hәtta elә onun özünün söylәdiyi bahadırlıq eposu “Alpamış”da
da görürük. Әsәrdә gәnc qәhrәman әsil-nәcabәtli müsәlman ki-
mi Quran oxumağı vә şәriәtin әsaslarını öyrәnir. Ancaq feodal
dövrünә aid qatlar, bir qayda olaraq, sәthi xarakter daşıyır vә
eposun xәlqi әsaslarına toxunmur. Kәndli mühitindәn çıxmış,
mәnşәyinә vә әmәk fәaliyyәtinә görә xalq kütlәlәri ilә sıx bağlı
olan özbәk söylәyicilәrinin әksәriyyәti özlәrinin әsas auditoriya-
sının xalq olduğunu bilirdilәr. Ona görә dә onlar ifa etdiklәri
epik dastanlara, bunların bu vә ya digәr süjetlәrinin mәnşәyin-
dәn, yerli vә ya gәlmә, folklor vә ya yazılı olmasından asılı ol-
mayaraq, dәrin xәlqi, demokratik mәzmun verirdilәr. Alpamış,
Qoroğlu, Әvәz, Rüstәm xan vә özbәk eposunun digәr mәşhur
qәhrәmanları, xalqın qәhrәman idealının tәcәssümü kimi, xalqın
vә vәtәnin müdafiәçisi rolunda çıxış edirlәr.

Digәr tәrәfdәn, feodal münasibәtlәrinin inkişafı zәminindә
yaranan özbәk xalq dastanı sosial diferensiasiya ilә yanaşı, xalq
ifaçısının sosial rәğbәt vә nifrәtini dә ifadә edir. Belә ki, zalım vә
qәddar padşah hiylәgәr vәzir-vәkilinin sözü ilә öz yaxın adamla-
rını – haqsız yerә şәrlәnmiş arvadı, yaxud oğlunu belә cәzalan-
dırmağa hazırdır. Orta Asiyanın real tarixi keçmişindәn özbәk
söylәyicilәrinә yaxşı mәlum olan bütün zorakı hakimiyyәt idarә-
si padşahın әlindәdir: çoxsaylı vәzirlәr, saray әhli, әyanlar, mә-
murlar (amaldarlar vә sipaylar), başçılar (sәrdarlar), hakimlәr
(qazilәr), keşikçilәr (mizrablar), zindanbanlar (mirqazablar), cәl-
ladlar. Söylәyici üçün şah hakimiyyәtinin әn tәsirli qüvvәsi cәl-
ladlardır. Onların sayı epik rәqәmlәrlә – qırx, üç yüz vә ya beş
yüzә qәdәr göstәrilir. Onlar gerçәk vә ya uydurulmuş cinayәtkar-
ları daş-qalaq edir, qamçılayır, zindana vә nәm mәhbәsә atır, ar-
xadan qolunu qandallayıb dar ağacına aparırlar.

Kütlәnin gözü önündә edam sәhnәlәrinә özbәk dastanlarının
çoxunda rast gәlinir. Söylәyicilәr bu geniş vә tәsirli mәnzәrәnin
bir çox elementlәrini real hәyatdan götürürdülәr. Şah cәlladları-
nın edama apardığı yaraşıqlı, gәnc, günahsız qәhrәman vә ya
qәhrәman qız әdalәtsiz hökmdarın qurbanları kimi xalq arasında

268
   263   264   265   266   267   268   269   270   271   272   273