Page 264 - jirmunski
P. 264
tor Jirmunski

zax epik dastanı ilә tәsdiqlәnir. Eposda deyilir ki, Edigey Toxta-
mışdan qaçıb Teymurun (Sa-Temir) yanına getdikdәn sonra qә-
zәblәnmiş vә qorxuya düşmüş Toxtamış öz әyanlarının mәslәhә-
tilә 180 yaşlı, Çingiz xan dövründәn bu yana bütün Qızıl Orda
hökmdarlarını tanıyan qoca görücü vә ifaçı, müdrik Sup-Ciraunu
(vә ya Sapra-jirau) saraya dәvәt edir. Qoca ifaçının dalınca elçi
göndәrilir. Onu böyük hörmәtlә saraya gәtirirlәr, dişsiz çәnәsini
bağlayırlar, ayaqları altına bahalı pal-paltar atırlar. O, gәlәcәk-
dәn xәbәr verәn nәğmә oxuyur vә tezliklә üsyançı Edigey vә
Sa-Temirin hәmlәlәri ilә onun hökmdarlığına son qoyulacağını
xәbәr verir.57

Artıq dediyimiz kimi, yaşlı qazax söylәyicisi Murun-jirau
Senqirbayev da öz әfsanәvi şәcәrәsinin Sapra-jirauya bağlandı-
ğını söylәyir.

İfaçı-söylәyicinin istedadı haqqında әfsanә әdәbiyyata fәrdi
bәdii yaradıcılığın inkişafı vә onun folklor әnәnәsindәn azad ol-
ması ilә birgә poetik süjet kimi daxil olur. Klassik türkmәn әdә-
biyyatının banisi şair Mәhtimqulunun yaradıcılığı (XVIII әsrin
sonları) xalq ifaçısı ilә yazılı әdәbiyyatın nümayәndәsi olan şair
arasındakı hadisәdir.58 Mәhtimqulu “Vәhy” (“Dedilәr” rәdifli)
şeirindә (şeirin bir neçә variantı vardır) özünün şairliyә başlama-
sını әnәnәvi formada tәsvir edir. Özünün hekayәtinә görә, o, öz
poetik istedadını gәlәcәkdәn xәbәr verәn yuxuda, Allahın elçisi
Mәhәmmәd peyğәmbәrin özündәn vә onun әshabәlәri – dörd xә-
lifәdәn (Әbubәkr, Ömәr, Osman vә Әli-Şahmәrdandan) almışdır.
Onu onların yanına İslamın müqәddәs şәxsiyyәtlәri, şairin hami-
lәri (“pirlәri”) Bәhaüddin vә Zәngibaba aparmışlar. Bu tip digәr
әfsanәlәrdәki kimi, ona verilәn badәdә poetik istedad әta olun-
muşdur.

…Rәsulullah dedi: “Ya Şahi-mәrdan,
Ey Әslim xoca, ya Baba Sәlman.
Әbu Bәkr Siddiq, ya Ömәr, Osman,
Bu qulun mәqsәdin vergil!” – dedilәr.

Әslim, Baba Sәlman buyurdu mәrdә,

264
   259   260   261   262   263   264   265   266   267   268   269