Page 260 - jirmunski
P. 260
tor Jirmunski

tәbii qüvvәlәr tәrәfindәn sevildiyini düşünürlәr”.49 Qırğızlar da
qәdim zamanlarda hesab edirdilәr ki, Manasın özü vә ya Seme-
tey ifaçıları onun şücaәtlәrini vәsf etmәyә sәslәyirlәr.

İfaçılıq istedadı haqqında oxşar әfsanәlәr Orta әsrlәrdә Qәrbi
Avropada da vardı. Möhtәrәm Bedanın “Anqlların kilsә tarixi”n-
dә (Beda Venerabilis, 673–675) ilk anqlosakson şairi Kedmon
(VII әsrin ikinci yarısı) haqqında әfsanә saxlanmışdır. Kedmon
adi, savadsız çoban idi. Ahıl vaxtına çatmışdı, ancaq oxumağı
bacarmırdı. Ziyafәt vaxtı qonaqlar növbә ilә arfada çalıb-oxu-
yurlar, ifa etmәk növbәsi ona çatanda o, öz bacarıqsızlığından
utanar, qalxıb gedәrdi. Bir dәfә gecә vaxtı bu ziyafәti tәrk etdik-
dәn sonra o, keşik çәkdiyi pәyәdә yuxuya gedir. Yuxuda bir kişi
görür. Kişi onu salamlayıb deyir: “Kedmon, mәnә bir şey oxu!”.
Kedmon cavab verir: “Mәn oxumağı bacarmıram”. Ancaq kişi
öz әmrini tәkrarlayır vә Kedmona dünyanın yaranması haqqında
oxumağı әmr edir. Kedmon oxumağa başlayır. Sәhәr oyananda
o, yuxuda bәstәlәdiyi nәğmәni hәlә unutmamışdı. Hәmin vaxt-
dan sonra o, öz nәğmә sәnәti ilә şöhrәtlәnir. Kedmonu İncil he-
kayәtlәrinin anqlosakson drujina eposu üslubunda işlәnmiş variant-
larının müәllifi hesab edirlәr.

Kedmon haqqında әfsanә xristianlaşmış formada ifaçının is-
tedadı, yaxud ona sehrli tәlqin kimi yaradıcılıq qabiliyyәtinin
mәnbәyi hesab edilәn xristianlığaqәdәrki tәsәvvürlәri qoruyub
saxlamışdır. Bu әfsanәnin ilkin bütpәrәst forması Qәrb xalqları-
nın erkәn xristianlaşması vә kilsәnin sistemli şәkildә bütpәrәst
tәsәvvür vә inanclarla mübarizә aparması ilә bağlı Orta әsrlәr
Qәrbindә saxlanmamışdır. Yeganә, daha uzaq paraleli skald Xalb-
yorn haqqında qәdim island saqasındakı hekayәtdә tapmaq olar.
Skald Xalbyorn da Kedmon kimi çoban olur vә skald Torleyfin
mәzarını ziyarәt edәrkәn yuxuda ifaçılıq vergisi alır. “O, bir dәfә
yuxuda bir kişinin tәpәdәn çıxdığını görür, ucaboylu, yaxşı ge-
yinmiş bu kişi ona deyir: “Sәn burada uzanmısan, Xalbyorn, ba-
carmadığın bir işin altına girmisәn: mәnim şәnimә mahnı oxu-
maq sәnlik deyil. İkisindәn birini seçmәlisәn: ya sәnә digәrlәrin-
dәn fәrqli bir istedad gәlәcәk, ümid edirәm ki, belә olacaq, ya da

260
   255   256   257   258   259   260   261   262   263   264   265