Page 259 - jirmunski
P. 259
Xalq qəhrəmanlıq eposu

Analoji tәsvirlәr digәr xalqlarda da vardır: skaldlarda poetik
ilhamın mәnbәyi kimi tanrı Odinin nәhәng Sutunqdan oğurladığı
“Braqi balı”; qәdim hind Soması, qәdim yunan şairlәrindә Kas-
tal bulağının suyu vә s.46

“Necep oğlan” türkmәn xalq romanında butaverilmә (badә
kimi) motivi ifaçı-müәllimdәn dәrsalma motivi ilә bağlıdır. Qәh-
rәman, gәlәcәk baxşı, çöldә ağır işdәn sonra yuxuya gedir. Yuxu-
da sirli “qırx kişi” görür vә onlardan hәr biri ona bir badә mey
verir. Axırda onun ustadı, Aşıq Aydının özü dә ona kasada mey
uzadır. Oğlan ayılanda görür ki, o, çox gözәl bir baxşı olub. Son-
ra o, mәnzum deyişmәlәrdә ustadı ilә qıfılbәnd deyişmәsi sına-
ğından keçir. Aşıq Aydın öz dutarını ona verir vә onu müstәqil
ifaçı kimi uğurlayır.47

Bu tip, amma daha arxaik xüsusiyyәtlәrә malik әfsanәlәri
akademik B.Y.Vladimirtsov Mәrkәzi Asiyada monqol-oyrotlar-
dan (kalmıklardan) yazıya almışdır. Qәhrәmanlıq eposlarının bir
mәşhur oyrat ifaçısı, baitlәr tayfasından olan Eten-Qonçik haq-
qında Vladimirtsov aşağıdakı rәvayәti qeyd edir:

“Uşaq vaxtı Eten-Qonçik çöldә qoyun otarırdı. Günlәrin bir
günü gördü ki, әjdahanın üstündә bir pәhlәvan ona tәrәf gәlir.
Oğlan sonra heç cür izah edә bilmirdi: bunları yuxuda, yoxsa hә-
qiqәtdә görüb. Pәhlәvan özünü itirmiş Eten-Qonçikin yanına gә-
lir vә ondan “Epos ifaçısı olmaq istәrdinmi?” deyә soruşur…
Oğlan cavab verir ki, artıq çoxdandır ki, dastanları ifa etmәyi ar-
zulayır. Onda pәhlәvan deyir ki, o, әjdahaların padşahına qurban
kәsilәcәk әn iri keçisini ona verәrsә, әvәzindә müxtәlif eposları
ifa etmәyi öyrәdәr. Oğlan sevinclә razılaşır. Pәhlәvan oğlanın
çiyninә vurub yox olur. Bir müddәtdәn sonra oğlan özünә gәlir
vә әtrafına nәzәr yetirir: әtrafda heç kim yoxdu, ancaq bir az
aralıqda bir canavar iri bir keçini parçalayır, bu, mәhz yuxuda
pәhlәvanın istәdiyi keçi idi. Hәmin vaxtdan sonra Eten-Qonçik
özündә qәhrәmanlıq eposlarını ifa etmәk qabiliyyәti hiss edir vә
әn mәşhur ifaçı olur. O, etiraf edirdi ki, bu vergini yanına pәhlә-
van cildindә gәlmiş әjdahalar padşahının özündәn alıb”.48

Vladimirtsovun sözlәrinә görә, oyratlar “möhtәşәm keçmi-
şin rәvayәtlәrini yaşadan vә qoruyan ifaçıların tulçilәrin fövqәl-

259
   254   255   256   257   258   259   260   261   262   263   264