Page 261 - jirmunski
P. 261
Xalq qəhrəmanlıq eposu
sәn bu bihudә işdәn әl çәkmәlisәn”. Kişi onun dilinә toxunur vә
bir bәnd şeir deyir; oyandıqdan sonra Xalbyorn onu yadında sax-
lamış olsa, demәli, nә isә alınacaq. Xalbyorn belәcә skald olur”.50
Akademik A.N.Veselovski özünün “Tarixi poetika”sında
göstәrdiyi kimi, ictimai inkişafın ilkin mәrhәlәlәrindә xalq poe-
ziyası sehrli mәrasimlә sıx bağlı olub. Qәbilә kollektivi bu mәra-
simlәrin kömәyilә müharibәdә, ovda vә ya kollektiv әmәk prose-
sindә özünün tәhlükәsizliyini vә әmin-amanlığını tәmin etmәyә
çalışırdı. Buradan da nәğmәnin sehrli, ovsunlu gücünә inam ya-
ranıb. Buraya bir çox xalq rәvayәt, nәğmә vә nağıllarının süjetlә-
rindә rast gәlmәk olar: yunan әfsanәsinә görә, nәğmәlәrini hey-
van, ağac vә qayaların belә heyranlıqla dinlәdiyi Orfey haqqın-
da; orta әsrlәr alman eposu “Kudruna”da (1210) elçi rolunda çı-
xış edәn cәngavәr ifaçı Xorant haqqında; rus bılinasında quslyar
Sadko haqqında; xüsusәn dә karel-fin “Kalevala”sındakı “qoca
ovsunçu”, nәğmәlәr qoşan vә ovsun runları bәstәlәyәn müdrik
Vyaynyamyoynen haqqında vә s.51 Bu inam hәlә erkәn tarixi
mәrhәlәlәrdә ifaçı sәnәtinin vә şaman-kahin obrazının uyğunlaş-
dırılması ilә bağlıdır. Bu әlaqәnin davamlı mövcud olduğu hal-
larda poetik ilhamın sehrli ilahi vergi, yuxarıdan bir “buta” vә
“tәb” kimi әta olunması tәsәvvürü yaranır vә geniş yayılır.
L.Y.Şternberq yazır: “Şaman olmaq insanın öz iqtidarında
deyil. Şamanlıq vergisi onun arzusu ilә yox, adәtәn, әksinә, mәc-
burәn verilir vә bu ali vergi ağır bir yük kimi qәbul edilir. Ruh-
hamini şaman seçmir, ruh şamanı seçir.
Qәfildәn – adәtәn, bu, yeniyetmәliyә keçid yaşında, cinsi ye-
tişkәnlik dövründә baş verir – gәlәcәk şaman kәskin әsәb xәstә-
liyinә tutulur, bu xәstәlik isteriya tutmaları, bihuşolmalar, hal-
lüsinasiyalar vә buna oxşar hallarla müşahidә olunur vә ona hәr-
dәn hәftәlәr boyu aramsız әzab verir. Belә qәfil tutmaların birin-
dә yuxuda ruh-hami onun yanına gәlir, onun seçilmiş olduğunu
bildirir vә ona şaman olmağı әmr edir.
Bәzi hallarda seçilmiş adam onun boynuna qoyulan yükdәn
imtina edir, razılaşmır, ancaq sonda tәhdidlәrdәn çәkinәrәk vә ya
ruhun boş vәdlәrinә aldanaraq yumşalır vә öz hamisiylә ittifaqa
261